Accessibility links

Azərbaycan və Ermənistan prezidentləri görüşəcək


«Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələrlə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü üçün şərait yetişib və prezidentlərin görüşü keçiriləcək. Görüşün detalları və bütün formatını deyə bilmərəm». Bu barədə xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim ”Amerikanın səsi” radiosunun sualının cavabında bildirib. Mətbuat xidmətinin rəhbəri Ermənistan tərəfini danışıqlarda konstruktiv mövqe tutmağa çağırıb. İki ölkə rpezidentinin ilk görüşü iyunun 7-də Sankt-Peterburq şəhərində olacaq. Cənab İbrahim «Avroviziya» mahnı müsabiqəsinin nəticələrinə münasibət bildirib. Müsabiqədə Azərbaycan 8-ci yeri tutub. Rəsmi bəyanatlarında Azərbaycanı dost çağıran bəzi ölkələrin xalqları ya Azərbaycanı dəstəkləməyib, ya da zəif dəstəkləyib. Mətbuat katibi Türkmənistan prezidenti Qurbanqulu Berduməhəmmədovun Azərbaycana ötən həftə həyata keçirdiyi rəsmi səfərinin yekunlarını çox səmərəli adlandırıb. Onun fikrincə, səfərin yekunları Xəzərin hüquqi statusu ilə bağlı danişıqlarda irəliləyişin olmasına imkan verir. Cənab İbrahim bu il keçiriləcək prezident seçkilərinin müşahidə üçün beynəlxalq təşkilatlara açıq olacağını bəyan edib. O “Amerikanın səsi” radiosunun sualının cavabında Azərbaycanın hazırda da seçki məsələləri ilə məşğul olan çoxsaylı təşkilatlarla əməkdaşlıq etdiyini bildirib. Mətbuat xidməti Rusiya-Azərbaycan münasibətlərinin Dmitri Medvedyevin prezidentliyi dövründə də müsbət məcrada inkişaf edəcəyini deyib. Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə isə Ermənista-Azərbaycan prezidentlərinin görüşündən yeni heç nə gözləmir. O “Amerikanın səsi” radiosuna bildirib ki, danışıqlarda yenilik olsa idi “tanışlıq görüşü” kimi qələmə verilməzdi. Politoloq danışıqlarda konstruktivliyin qeydə alınacağına da inanmır. Onun fikrincə, BMT-nin Baş Assambleyasının Azərbaycanın ərazi bütölüyünü dəstəkləyən son qətnaməsini bunun üçün əsas gətirənlər səhv düşünür. Çünki bundan əvvəl BMT TŞ-nin dörd belə qətnaməsi fəaliyyətdədir. Cənab Quluzadə Rusiya-Azərbaycan münasibətlərində dəyişiklik olmayacağına əmindir. Onun fikrincə, bu ölkədə Vladimir Putinin siyasi kursuna hər hansı əlavə edilməyib. Bununla yanaşı, politoloq Türkmənistan-Azərbaycan münasibətlərində müsbət dəyişikliklərin artıq müşahidə edildiyini deyib. Onun fikrincə, Xəzərin hüquqi statusu məsələsində də iki ölkənin mövqeyi üst-üstə düşür.
XS
SM
MD
LG