Accessibility links

«Azadlıq» qəzetinin binası alına bilər


Dövlət əmlakının idarəedilməsi üzrə Dövlət komitəsinin «Azadlıq» qəzetinin yerləşdiyi binadan çıxarılması barədə məhkəmə iddiası ilə bağlı dəyirmi masa keçirilib. Mərasimdə KİV redaktorları, jurnalist və qeyri-hökumət təşkilatlarının rəhbərləri, beynəlxalq qurumların və diplomatik korpusların təmsilçiləri iştirak edib. "Azadlıq" qəzetinin direktoru Azər Əhmədov bildirib ki, bina qəzetə 1992-ci ildə Bakı şəhər icra hakimiyyəti başçısının sərəncamı ilə "əvəzsiz və müddətsiz istifadəyə" verilib. Buna baxmayaraq, 2006-cı il iyulun 4-də Dövlət komitəsi 1997-2006-cı illər üçün 30 904 manat məbləğində icarə borcunun qaytarılması tələbilə redaksiyaya məktub ünvanlayıb. Buna baxmayaraq Dövlət Komitəsi qəzetin cərimələnməsi və digər strukturlarla birlikdə binadan çıxarılması barədə məhkəmə iddiası qaldırıb. Cənab Əhmədovun sözlərinə görə, komitənin bu hərəkətləri siyasi hakimiyyətin «Azadlıq» qəzetini sıradan çıxarmaq planının tərkib hissəsidir. «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib ki, binadan çıxarılma məsələsi hələ 1993-cü ildə qaldırılıb və hər dəfə ölkədə ciddi siyasi proseslər baş verəndə məsələ yenidən gündəmə cəlir. Cənab Əliyev hesab edir ki, ölkədə baş verənlərin mətbuatda işıqlandırılması müəyyən dairələri qıcıqlandırır və mətbuatın cəzanalandırılması ilə bağlı əks reaksiyalar doğurur. «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev «Azadlıq» qəzeitinin binasının alınması ilə bağlı iddianı ictimai-siyasi adlandırıb. Bu səbəbdən də məsələnin hüquqi müstəvidə həllinə inanmır. Politoloq Zərdüşt Əlizadə baş verənlərin imtiasiya xatirinə edildiyini bildirib. Onun düşüncəsinə görə, bir gün Azərbaycanın siyasi hakimiyyəti jurnalistləri qəbul edib baş verənlərdən narahatçlığını bildircək və sonra isə qərb ölkələri Azərbaycan hakimiyyətinin demokratik hərəkətlərindən məmnunluğunu önə çəkəcək. Vətəndaşların əmək hüquqlarının müdafiəsi Liqasının sədri Sahib Məmmədov Azərbaycanda baş verənləri Rusiya, Özbəkistan və Türkməenistanda bir neçə il öncə mətbuata qarşı aparılan siyasətlə müqaisə edib. Onun fikrincə, dünyada insan hüquqlarına qarşı yönəlmiş hərəkətlər dövrü başlayıb. Sonlda razılığa gəlinib ki, KİV-lərin, jurnalist təşkilatlarının və vətəndaş cəmiyyətinin səylərini birləşdirərək "Azadlıq" qəzetinə qarşı iddianın siyasi xarakteri ictimayyətinn diqqətinə çatdırılsın. Vətəndaş cəmiyyətlərinə və beynəlxalq təşkilatlara ölkədə mətbuat azadlığına qarşı yönəlmiş hərəkətəlrin qarşısının alınmasına kömək məqsədilə müraciət edilsin.
XS
SM
MD
LG