Accessibility links

Azərbaycan jurnalistlərinin «Azad mətbuatdan əlini çək!» şüarı  altında keçirilən aclıq aksiyası davam edir


Azad mətbuata təzyiqlərə etiraz olaraq noyabrın 9-dan ölkə jurnalistlərinin başladığı aclıq aksiyası 5-ci gündür davam edir. "Azadlıq", "24 saat", "Milli yol" qəzetlərinin baş redaktorları Qnəimət Zahid, Firkət Fəramərzoğlu, Şahin Ağabəyli aclıq aksiyasını davam etdirir. Bu gün həmçinin "RUN" Jurnalistlərin Hüquqlarını Müdafiə Cəmiyyətinin təmsilçisi Hüquq Salmanov və «Turan» İnformasiya Agentliyinin müxbiri Sarvan Rizvanov aclıq aksiyasına qoşulub. İndiyədək "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, "Yeni Müsavat" qəzetinin keçmiş baş redaktoru Rauf Arifoğlu, qəzetin redaktor əvəzi Azər Ayxan, "Qanun" jurnalının redaktoru Şahbaz Xuduoğlu və digərləri aksiyada iştirak edib. Aclıq aksiyası qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun qatillərinin tapılması, saxta məhkəmə yolu ilə qəzetlərə qarşı çıxarılmış cərimələrin ləğvi, jurnalistlərin fəaliyyəti üçün təhlükəsiz və normal şəraitin yaradılması, jurnalistlərə qarşı zorakılığa yol vermiş cinayətkarların tapılıb cəzalandırılması, heç bir qəzet redaksiyasının məskunlaşdığı binadan çıxarılmaması, «Amerikanın səsi», «Azadlıq» və BBC radiolarına qarşı təzyiqlərin dayandırılması tələbi altında keçirilir

XS
SM
MD
LG