Accessibility links

Azərbaycan müxalifəti Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması barədə sənəd hazırlayıb


Müxalifətdə olan "Azadlıq" siyasi blokunun məclisi Ermənistan-Azərbaycan münaqiəşsinin həlli ilə bağlı təkliflər paketini müzakirə edib. Sənəddə iqtidarın münaqişənin həlli istiqamətində uğur əldə edə bilməməsi, beynəlxalq təşkilatların problemin beynəlxalq hüquq normaları çərçivəsində nizamlansması üçün konstruktiv mövqe nümayiş etdirməməsi, BMT-nin münaqişə ilə bağlı qətnamələrinin yerinə yetirilməməsi və başqa məsəllərə toxunulur. AXCP-dən olan məclis üzvü Fuad Qəhrəmnalı bildirib ki, sənəd «münaqişənin tarixi səbəbləri", "Nizamlanma prinsipləri", "Müdafiə potensialının möhkəmləndirilməsi" və "İnformasiya siyasət"i adlı fəsillərdən ibarətdir. Təkliflər paketi münaqişənin beynəlxalq hüquq normalarına uyğun Azərbaycanını ərazi bütövlüyü çərçivəsində həllini nəzərdə tutur. Onun fikrincə, problemin həllində ATƏT-in Minsk Qrupu irəliləyişə nail ola bilmir və bu səbəbdən müzakirələrin BMT çərçivəsində keçirilməsinə nail olmaq vacibdir. Cənab Qəhrəmanlı sənəddə Cənubi Qafqazda demokratiya məsələlərinin yer aldığını da bildirib. Demokrat partiyasından olan məclis üzvü Akif Şahbazov bu partiyanın sədri, hazırda ABŞ-da mühaciərətdə olan Rsəul Quliyevin məktubunu oxuyub. Cənab Quliyevin fikrincə, Ermənistan-Azərbaycan münaqişəsinin həllində dörd faktor nəzərə alınmalıdır. Məclis üzvü Nürəddin Məmmədli sənəddə regionda ümumi əməkdaşlıq, demokratyia və inkişaf perspektivlərinin əksini tapmasının vacibliyini bildirib. Onun fikrincə, münaqişənin həlli Cənubi Qafqazda birgəyaşayışın təmin olunması və ümumi inteqrasiya prosesindən keçir. İqtidarda olan «Yeni Azərbaycan» partiyasının icra katibinin müavini Mübariz Qurbanlı «Azadlıq» blokunun münaqişənin həlli ilə bağlı təkliflərini tənqidə davam gətirməyən sənəd adlandırıb. Onun fikringə, işğalçının demokratı olmur və demokratiya gözləmək ümidi işğalın uzanmasına xidmət edir.
XS
SM
MD
LG