Accessibility links

Azərbaycan və Türkmənistan prezidentləri ikitərəfli əlaqələrin inkişafında maraqlıdır


Bu gün Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumta yayıb. Cənab Berdiməhəmmədov ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində bir sıra konkret işlərin həyata keçirilməsinin vacibliyini bildirib. Azərbaycan Prezidenti Azərbaycan tərəfinin Türkmənistanla əməkdaşlığın daha da genişləndirilməsinə hazır olduğunu vurğulayıb. «Əminəm ki, əlaqələrimiz hər iki xalqın rifahı naminə uğurla inkişaf etdiriləcək». Məlumata görə, dövlət başçıları müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin təşkili məsələsini müzakirə edib, yaxın zamanlarda bu sahədə konkret addımların atılması barədə razılığa gəlib. Prezidentlər regional əməkdaşlıq sahəsində də birgə işlərin görülməsinin vacibliyini qeyd edib. Dövlət başçıları Azərbaycan və Türkmən xalqı arasında dostluq və qardaşlıq əlaqələrinin ikitərəfli münasibətlərin uğurlu inkişafı üçün möhkəm zəmin yaratdığını qeyd edib.
XS
SM
MD
LG