Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Belqradda görüşəcək


Aprelin 19-da Belqradda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində, ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov «Amerikanın səsi» radiosunun sualının cavabında bildirib. Onun sözlərinə görə, Belqrad görüşü Praqa prosesinin "davamı" olacaq. ABŞ dövlət katibinin müavini Daniel Fridin müharibə olacağı təqdirdə Azərbaycan əldə etdiyinin hamısını itirəcək sözlərini şərh edən cənab Məmmədyarov bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Azərbaycan xarici işlər naziri Amerika şirkəti tərəfindən işğal altında olan Şuşa şəhərinin yenidən qurulması planı hazırlanmasıasını pisləyib. Onun sözlərinə görə, Azərbaycan xarici işlər nazirliyi artıq xarici diplomatik nümayəndəliklərə müvafiq göstərişlər verib.
XS
SM
MD
LG