Accessibility links

Azərbaycan 2016-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün müraciət edib


Bakıdan 250 kilometr cənubda Masallı şəhərində Olimpiya idman kompleksinin açılışı olub.Təntənəli açılış mərasimi Azərbaycan prezidenti İlham Əliyevin və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin iştirakı ilə keçirilib. Kompleksin tikintisinə 15 mln. manat (təqribən 17 mln. dollar) sərf olunub. 700 yerlik tamaşaçı tutumlu kompleksdə voleybol, basketbol, mini-futbol, güləş və digər idman növləri üzrə beynəlxalq yarışlar keçirmək olar. Həmçinin uzunluğu 25 m. eni 12,5 metr olan üzgüçülük hovuzu inşa edilib. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki beynəlxalq Olimpiya hərəkatının inkişafında Azərbaycanın oynadığı mühüm rolu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan coğrafi baxımdan Avropanın kənarında yerləşsədə, idmanın inkişaf səviyyəsinə görə Avropanın ürəyində yerləşir. «Azərbaycan xalqı olimpiya hərəkatının inkişafında mühüm rol oynayır». Prezident İlham Əliyev bildirib ki, 2000-ci ildən indiyədək Azərbaycanda 11 Olimpiya kompleksi inşa edilib və daha 10 kompleks müxtəlif federasiyalar tərəfindən tikilib. Hazırda daha 14 Olimpiya kompleksinin tikintisi ya davam etdirilir ya da tikintiyə hazırlıq işləri aparılır. «Azərbaycan həmçinin dünya və Avropa miqyaslı yarışların keçirilmə yerinə çevrilib. Bu il Bakıda güləş üzrə dünya çempionatı, bədii gimnastika üzrə Avropa birinciliyi, iki olimpiya lisenziyalı turnir keçiriləcək». Cənab Əliyev həmçinin postsovet ölkələri arasında birinci olaraq 2016-cı il Yay Olimpiya oyunlarının Azərbaycanda keçirilməsi üçün müraciət edildiyini deyib. «Biz birinci cəhddən müsbət cavab almağın çətin olduğunu anlayırırıq. Lakin biz Olimpiya oyunlarının keçirilməsinə hazırıq və bu bizim iqtisadi imkanlarımızın göstəricisidir".
XS
SM
MD
LG