Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub


Bu gün Moskvada Azərbaycan və Ermənistan xariji işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə görüşü olub. Danışıqlarda Rusiya xariji işlər naziri Sergey Lavrov da iştirak edib. Azərbaycan xariji işlər naziri Elmar Məmmədyarov «Trend» agentliyinə bildirib ki, nizamlanmanın əsas prinsiplərinin müzakirə olunduğu görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli problematikası barədə intensiv fikir mübadiləsi aparılıb. O danışıqları «kifayət qədər mürəkkəb» adlandırıb və qeyd edib ki, danışıqlar prosesi davam edəjək. «Tərəflər Azərbaycan və Ermənistan XİN başçıları səviyyəsində əlaqəni davam etdirmək barədə razılığa gəlib»-deyə cənab Məmmədyarov qeyd edib. Azərbaycan xarici işlər nazirliyinin mətbuat və informasiya siyasəti idarəsinin birinji katibi Xəzər İbrahim «Amerikanın səsi» radiosuna xariji işlər nazirlərinin görüşünün Praqa prosesi çərçivəsində keçirildyini bildirib. Gənab İbrahimin dediyinə görə, sabah ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıya gələjək və ölkə prezidenti tərəfindən qəbul ediləjək. O danışıqların kompleks aparıldığını və hələ razılaşdırılması nəzərdə tutulan məsələrin olduğunu bildirib. Müstəqil politoloqlar isə yaxın il yarımda danışıqlar prosesinin sülh sazişi ilə nətijələnəjəyinə inanmır. Poltoloq Elxan Mehdiyev hesab edir ki, hazırki danışıqlar sadəjə imitasiya xatirinə aparılır və Ermənistan vaxt udmağa çalışır. Onun sözlərinə görə, prezidentlərin son görüşündə parametrlər üzrə müəyyən irəliləyişlər olub və bu seçkilər dövründə Ermənistan iqtidarının xeyrinə deyil.
XS
SM
MD
LG