Accessibility links

Azərbaycan və İrandakı mətbuat orqanları arasında əlaqələr çox zəifdir


«Media Hüquqları» institutunun direktoru Rəşid Hacılı İran və Azərbaycan mətbuat orqanları arasında əlaqələrin zəif olduğunu bildirib. Onun fikrincə, problemlərin həllində və əlaqələrin inkişafında mətbuatın rolu böyükdür. Bu barədə həm İran, həm də Azərbaycan hökumətləri düşünməlidir. Cənab Hacılı həmçinin İranda yaşayan azərbaycanlıların ana dilində mətbuat orqanlarının olmamasını və bu hüquqlar uğrunda mübarizə aparan jurnalistlərin həbsə atıldığını bildirib.
XS
SM
MD
LG