Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək


Bu il mayın 18-19-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü olacaq. Nazirlər ATƏT-in Minsk Qrupunun son görüşünün nəticələrini müzakirə edəcək. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bildirib. O Azərbaycan və Ermənistan prezidentlərinin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı növbəti görüşünün vaxtının hələ məlum olmadığını deyib. Xarici işlər naziri danışıqların hazırda da Praqa proses çərçivəsində davam etdirildiyini bildirib. Bununla yanaşı o münaqişənin nizamlanması ilə bağlı yeni fikirlərin müzakirə mövzusu olduğunu da etiraf edib. Cənab Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasının mümkünlüyünü də bir daha diqqətə çatdırıb. Xarici işlər naziri İsraildə Azərbaycan səfirliyinin açılacağını deyib. Onun sözlərinə görə, bu məsələ yahudi icmasının təmsilçiləri ilə görüşdə müzakirə olunub.
XS
SM
MD
LG