Accessibility links

Ermənistan və Azərbaycan prezidentlərinin Paris danışıqları nəticəsiz qalıb 


Paris yaxınlığında Rambuye qəsrində Ermənistan və Azərbaycan prezidentləri arasında fevralın 10 və 11-də keçirilən danışıqlar nəticəsiz qalıb. Bu barədə danışıqlarda iştirak edən ATƏT-in Minsk Гrupu həmsədrlərinin məlumatında bildirilir. Sənəddə deyilir ki, tərəflər bəzi prinsiplər üzrə razılığa gələ bilməyib, mövqelər əvvəlkitək dəyişməz qalır və danışıqların martda davam etdirilməsi nəzərdə tutulur. Amerikalı həmsədr Stiven Mann "Frans Press" agentilyinə bildirib ki, yaxın vaxtlarda həmsədrlər Rambuye görüşünün nəticələrini qiymətləndirmək niyyətindədir. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov дейib ki, danışıqlar mövzusu olan 9 elementdən ikisində razılıq əldə edilməyib. Bu elementlər Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılması və Dağlıq Qarabağın statusu ilə bağlıdır. Müstəqil poltloqlar da danışıqları nəticəsiz qiymətləndirir. Азярбайъан Президентинин Иъра Апаратынын бейнялхалг ялагляр шюбясинин мцдири Новруз Мяммядовун сюзляриня эюря, дanışıqları birinci olaraq Ermənistan tərəfi tərk edib. ANS televiziyasının məlumatına görə, Ermənistan prezidenti Robert Koçaryan Rusiyalı həmsədr Yuri Merzlyakovla qısa məsləhətləşmədən sonra danışıqları tərk edib. Cənab Musabəyov hesab edir ki, danışıqlar Ermənistan üçün çətin olub. Politoloqun fikrincə, hələ danaşıqlara nöqtə də qoyulmayıb. O bu ilin martında ABŞ-da iki ölkə prezidentinin keçiriləcək görüşündən nəticə gözləməsə də istisnalara da inanır. Cənab Musabəyov Azərbaycan tərəfinin mövqeyinin möhkəm olduğunu və beynəlxalq hüququn prinsiplərinə əsaslandığını bildirib. Onun qənaətincə, Azərbaycan hes vaxt mövqeyindən geri çəkilməyəcək.
XS
SM
MD
LG