Accessibility links

Türkiyə prezidentinin Azərbaycana səfəri davam edir


Türkiyə prezidenti Abdulla Gülün Azərbaycana səfəri davam edir. Bu gün cənab Gül Azərbaycan parlamentində çıxış edib. O bildirib ki, Türkiyə Azərbaycanın demokratiyanın inkişafı yolunda səylərini dəstəkləyir. «Azərbaycanda qarşıdan gələn 2008-ci il prezident seçkiləri bu planda mühüm əhəmiyyət kəsb edəcək». Türkiyə prezidenti neft və qaz kəmərlərindən danışıb və Qazaxıstanın neft kəmərinə qoşulmasını regional əməkdaşlığın güclənməsinin nümunəsi kimi dəyərləndirib. "Bu layihələr regionda sülh və stabillik, eləcə də qlobal enerji təhlükəsizliyi məsələlərində mühüm rol oynayacaq". Cənab Gül Ermənistanla bağlı da fikirlərini açıqlayıb. «Türkiyə hələ 1991-ci ildə Ermənistanın müstəqilliyini tanıyıb, Qara dənizə çıxışı olmadığı halda onu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına qoşulmağa dəvət edib. Ancaq bu ölkə Türkiyəyə qarşı özünü qeyri-səmimi aparır. Bundan əlavə, Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirir. Yerevan Ankaranın 1915-ci il hadisələrini araşdırmaq üçün müştərək komissiyasının yaradılması haqda təklifinə də əhəmiyyət verməyib. Nə qədər ki, Ermənistan dünya parlamentlərində 1915-ci il hadisələri ilə bağlı qərarların qəbul edilməsinə təşəbbüs göstərir, Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşmasını gözləmək lazım deyil»- deyə prezident qeyd edib. Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə keçirilən biznes forumda isə 250 Azərbaycan və 200 türk şirkətinin nümayəndəsi iştirak edib. İqtisadi inkişaf naziri Heydər Babayev bildirib ki, Azərbaycanda 50 min yerli vətəndaşın və beş min Türkiyə vətəndaşının çalışdığı 400-dən çox türk şirkəti fəaliyyət göstərir. Türk Odaları başqanı Rıfat Hisarçıkoğlu biznes əlaqələrinin inkişafına viza rejiminin sadələşməsinin təkan verəcəyi deyib. Türkiyə artıq Azərbaycan vətəndaşlarının bu ölkənin ərazisində bir ay müddətinə vizasız qalmasına imkan verən qayda tətbiq edib. O, Azərbaycanın da ilin sonunda eyni qaydaları Türkiyə vətəndaşları üçün tətbiq edəcəyindən məmnunluq ifadə edib. Cənab Hisarçıkoğlu «İpək yolu»nun bərpasını tarixi fürsət adlandırıb. Azərbaycan prezident İlham Əliyev Türkiyəni Azərbaycanın "ən yaxşı" müttəfiqi adlandırıb. Onun sözlərinə görə, Azərbaycanda böyük maliyyə tutumlu layihələrin icrasını Tükriyə şirkətləri reallaşdırıb və bundan sonra da belə olacaq. Cənab Əliyev Azərbaycan şirkətlərinin Türkiyədə investiysiya qoymasını isə sevindirici hal kimi qeyd edib. Türikyə prezidenti deyib ki, Türkiyənin xarici ticarətinin həcmi 120 mlrd. dolları keçib və bunün 20 milyard dollarını avtomobil satışı, 12 milyard dollarını isə dəmir sənayesinin məhsulları təşkil edir. Dövlət başçısının sözlərinə görə, Türkiyə ixracının 65 faizi Avropa və Amerika bazarı hesabına realaşır. O Azərbaycanın inkişaf səviyyəsinə görə Cənubi Qafqazın ulduz dövlətinə çevrilidyini bildirib. «PKK terrorçularına qarşı hərbi əməliyyat BTC neft kəmərinin təhlükəsizliyinə təhlükə törətmir. Ankara kəmərin təhlükəsizliyi üçün bütün zəruri tədbirləri həyata keçirir». Bu məsələlələr artıq kəmər lahiyələşdirilərkən nəzərdə tutulmuşdu. Bu barədə Türkiyə prezidenti Abdulla Gül bu gün Bakıda keçirdiyi mətbuat konfransında bəyan edib. PKK terrorçuluğu ilə mübarizə mövzusunu davam edən prezident deyib ki, bəzi qüvvələr bunu Türkiyənin Şimali İraqa müdaxilə etmək istəyi kimi qələmə vermək istəyir. Bu qətiyyən belə deyil, ABŞ, Avropa və İraq dövləti özü də PKK-nı terrorçu təşkilat kimi tanıyır. Ermənistanının Naxçıvana qarşı hərbi hərəkətlərinin yoğunlaşdıracağı təqdirdə Qars müqaviləsinə uyğun olaraq Türkiyə məsələyə qarışa biləcəkmi sualına, cənab Gül cavab verib ki, Türkiyə sərhədlərin zorakı üsullarla dəyişdirilməsinin əleyhinədir. Onun sözlərinə görə, əgər Türkiyə bu prinsipi beynəlxalq səviyyədə dəstəkləyirsə təbii ki, bunun Cənubi Qafaqazda da pozulmasına göz yummayacaq. Azərbaycan müxalifətinin Türkiyənin Azərbaycanda demokratiyanın pozulmasına yetərincə diqqət göstərməməsi ilə bağlı suala cavabında cənab Gül deyib ki, Azərbaycan Avropa Şurasının üzvü kimi demokratiya yolu ilə gedir və bu uzun sürən prosesdir. Türkiyə prezidenti Azərbaycanın Şimai İraqla bağlı tutuduğu mövqeyindən razı qaldığını bildirib. O, prezident İlham Əliyevin dünənki mətbuat konfransında bu məsəli ilə bağlı açıqladığı mövqeyi yüksək qiymətləndirib. Rəcəb Təyyib Ərdoğanın ABŞa səfərindən sonra Türkiyənin PKK terrorçularına qarşı əməliyyatlarını dayandıracağı barədə suala Gül cavab verib ki, Türkiyə öz təşəbbüsü ilə müstəqil hərəkət edir və terrorizmlə qəti mübarizə aparmaq niyyətindədir. Azəbaycanla Türkiyə arasında hərbi itifaq mümkündürmü suala cavabında cənab Gül deyib ki, bu ittifaq hələ 1918-ci ildən, Nuru Paşanın qoşunlarının Bakını işğaldan azad edəndən bəri və bu döyüşlərdə Türk ordusu 1600 şəhid verdiyi zamanlardan qüvvədədir.
XS
SM
MD
LG