Accessibility links

Azərbaycan xarici işlər naziri Türkmənistan prezidenti ilə görüşüb


Azərbaycan xarici işlər naziri bu gün Türkmənistana rəsmit səfəri çərçivəsində bu ölkənin Prezidenti Qurbanqulı Berdımuhammedovla görüşüb. Xarici İşlər nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə iki ölkə arasında mövcud geniş səpkili məsələlər müzakirə edilib. Xüsusi diqqət, nəqliyyat və enerji məsələləri daxil olmaqla, iqtisadi və ticarət əlaqələrinə yönəlib. Cənab Berdımuhammedov Azərbaycan-Türkmənistan münasibətlərinin yeni daha yüksək səviyyəyə qalxacağına ümidvar olduğunu bildirib. Mətbuat xidməti bildirir ki, cənab Məmmədyarov ikitərəfli münasibətləri daha da genişləndirmək üçün bir sıra təkliflər irəli sürüb və, xüsusilə, hökumətlərarası komissiyanın yaradılmasını təklif edib. Prezident Q.Berdımuhammedov komissiyanın yaradılması fikrini dəstəkləyib və iqtisadi əməkdaşlığın genişləndirilməsinin digər sahələrə də təkan verəcəyini bildirib. Eyni zamanda, prezident mədəniyyət, elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsinə xüsusi önəm verib. Nazir Məmmədyarov Türkmənistan Xarici İşlər Naziri Rəşid Meredovla də görüşüb. İkitərəfli, regional və Xəzər dənizində əməkdaşlıq məsələlərini müzakirə edib. E. Məmmədyarov və R. Meredov regional məsələlərə toxunaraq qonşularla münasibətlər, nəqliyyat və enerji layihələri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və mövcud beynəlxalq və regional səviyyədə imkan və təhdidlər haqqında müzakirələr aparıb. Türkmənistan Prezidenti ilə danışığın davamı kimi, Nazir Məmmədyarov həmkarı Meredov ilə Xəzər dənizinin statusuna dair fikir mübadiləsi aparıb konkret əməkdaşlıq imkanlarını müzakirə edib. XİN rəhbərləri mütəmadi nazirliklərarası məsləhətləşmələrin keçirilməsi haqqında razılığa gəlib. İki ölkə arasında münasibətlərin daha da irəli aparılması istiqamətində mədəniyyət günlərinin, sərgilərin və mübadilələrin vacibliyi qeyd olunub.
XS
SM
MD
LG