Accessibility links

Bakıda Heydər Əliyev adına yeni xiyaban salınacaq


Bu gün Bakıda keçmiş prezident Heydər Əliyevin doğum günü qeyd olunub və gül bayramı keçirilib. Bakı meri Hacıbala Abutalıbov Heydər Əliyev adına parkın genişləndiriləcəyini bildirib. Onun sözlərinə görə, tezliklə Füzuli və Dmitryev küçələrindəki evlər köçürüləcək. Cənab Abutalıbov paytaxtın bəzi yerlərində ağacların kəsilməsi ilə bağlı KİV-dəki tənqidlərə çox maraqlı cavab verib. O pis işləri də yaxşı kimi görməyi tövisə edir. Mer Yaşıl teatrın yenidən qurulması ilə bağlı layihə hazırlandığını deyib. Cənab Abutalıbov Bakının artıq yaşıllıqlar şəhərinə çevrildiyini və şəhərdən toz-torpağın belə yoxa çıxdığını iddia edir. Mer paytaxtda çoxmərtəbəli evlərin tikintisinin yüksək templə davam edəcəyini bildirib. O çoxmərtəbəli evlərin tikintisində baş verən qanunsuzluqlarla bağlı sualı isə belə cavablandırıb.
XS
SM
MD
LG