Accessibility links

Albaniya Ermənistana silah göndərməkdən imtina edib  


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Albaniya xarici işlər naziri Lulzim Başanın telefon danışığında Albaniya şirkətinin Ermənistan silah göndərmə təşəbbüsü ilə bağlı məsələ müzakirə olunub. Xəbəri Azərbaycan Xarici İşlər nazirliyinin mətbuat xidməti yayıb. Albaniya naziri bildirib ki, Albaniya Hökuməti “MEIKO” şirkətinə Ermənistana silah verməsinə icazə verməmişdir. «MEIKO» şirkətinin Ermənitsanla müqaviləsi ləğv edilib və silahlar Ermənistana göndərilməyəcək». Bu günlərdə Türkiyə hökuməti ərazisi vasitəsi ilə «MEIKO» şirkətinin Ermənistana silah göndərmək cəhdinin qarısını alıb.
XS
SM
MD
LG