Accessibility links

Bakıda bina partlayıb


Bakı şəhərində baş verən partlayış nəticəsində binanın bir blokunun 4-cü və 5-ci mərtəbələri dağılıb. Təcili Tibbi Yardım stansiyasının məlumatına görə, 4 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib ki, ilkin ehtimallara görə partlayış məişət qazının sızması nəticəsində baş verib.

Xatırladaq ki,Bakıda qaz sızmasından son partlayış ötən ilin dekabrında baş verib. Həmin partlayışda 3 nəfər ölüb, 5 nəfər yaralanıb.


XS
SM
MD
LG