Accessibility links

Bakıda Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı keçiriləcək


Prezidenti İlham Əliyevin təşəbbüsü ilə noyabrın 17-dən 19-dək Bakıda Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı keçiriləcək. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bu gün keçirdiyi mətbuat konfransında qurultaya hazırlıq işlərinin başa çatdığını bildirib. Onun sözlərinə görə, dövlət başçısı qurultayın keçirilməsi üçün ehtiyat fondundan 1,5 milyon manat vəsait ayırıb. Dövlət Komitəsinin sədri qurultayda 1150 nümayəndənin qatılacağını və 30 ölkədən 550-dək qonaq dəvət edildiyini bildirib. Foruma Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Monqolustan Respublikaları ilə yanaşı Rusiya Federasiyasının Altay, Başqırdıstan, Çuvaşıstan, Dağıstan, Qabardin-Balkar, Tatarıstan, Qaracay-Çərkəz Respublikalarından, Krım, Rumıniya, Bolqarıstan, Kosovo və Yunanıstanın Qərbi Trakya bölgəsində yaşayan turkdilli xalqların nümayəndələri, Kumık, Noqay, Şimali Kipr, Qaqauz, Ahıska turkləri qatılacaq. Amerika, İdil-Ural, Sibir, Yaxın Şərq, Əfqanıstandakı türk cəmiyyətlərinin nümayəndələri, millət vəkilləri, ictimai birlik və qeyri-hökumət təşkilatlarının, xarici ölkələrdə fəaliyyət göstərən nüfuzlu Azərbaycan və Türk icmalarının rəhbərləri, tanınmış elm və incəsənət xadimləri, səfirliklərin nümayəndələri dəvət olunub.Cənaö İbrahimov qurultayda türk dünyasınının bütün problemləri ilə bağlı məsələlərin müzakirə olunacağını da deyib.
XS
SM
MD
LG