Accessibility links

Bakının mərkəzində güclü yanğın olub


Bakının mərkəzində, Sahil metro stansiyası ilə üzbəüz küçədə təxmiənən 240 metr uzunluğunda məsafəni əhatə edən yanğın baş verib. Yanğın nəticəsində küçəböyu yerləşən bir neçə bina demək olar ki, bütövlükdə yanıb. Çoxsaylı yanğınsönüdrən texnikanın işləməsinə baxmayara yanğın beş saatadək ram edilə bilməyib. Güclü külək yanğınsöndürənlərin işini bir qədər də çətinləşdirib. Hadisə yerinə Fövqəladə hallar, daxili işlər və müdafiə nazirləri gəlib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, yanğının söndürülməsinə Bakı şəhərindəki bütün yanğınsöndürənlər və Neft Şirkətinin yanğın sönüdrən texnikası gətirilib, mülki müdaifə qərargıhının əsgərləri cəlb edilib. Onun sözlərinə görə, ciddi xəsarət alan olmayıb.
XS
SM
MD
LG