Accessibility links

ABŞ Dövlət katibinin müavini Azərbaycanın cəsarətli jurnalistlərini alqışlayır


ABŞ Dövlət Katibinin Demokratiya, İnsan Haqları və Əmək Məsələləri üzrə müavini Barri Lovenkron Mətbuat Azadlığı Günü ilə bağlı çıxışında da Azərbaycanda mətbuat azadlığının vəziyyətindən narahat olduğunu qeyd edir.

ANS televiziyasına lisenziya verilməsini alqışladıqlarını deyən cənab Lovenkron bildirib ki, bununla belə, ölkədə mətbuatın ümumi vəziyyətindən narahatlıq qalır. «Elmar Hüseynovun qatilinin tapılmaması və jurnalistlərə qarşı hücumların qarşısının alınmaması qorxulu mühitin yaranmasına səbəb olub. Böhtana görə azadlıqdan məhrumetmələr isə müstəqil və tənqidi fikirlərin boğulmasına gətirib çıxarır. Biz Azərbaycan hökumətini jurnalistlərə hücum edənlərə qarşı tədbir görməyə, cinayət məsuliyyətinə cəlb etməyə və deffamasiyanın üzərindən cinayət təqibini götürməyə çağırırıq. Biz medianı peşəkar və etik jurnalistika standartalırna yüksəltməyə çağığırırq. Ancaq, eyni zamanda aşağı jurnalistika standartları kütləvi informasiya vasitələrinin təzyiqə məruz qalmasına və cinayət məsuliyyətinə cəlb olunmasına səbəb olmamalıdır. ABŞ bu işdə yardıma hazırdır."

Cənab Lovenkron Beynəlxalq mətbuat azadlığı günü münasibətilə informasiya yaymaqda davam edən cəsarətli Azərbaycan jurnalistlərini alqışladığını da bəyan edib. «Yaxşı işinizi davam etdirin».

XS
SM
MD
LG