Accessibility links

Avropa Şurasının yeni Baş Katibi seçilib


Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Torbörn Yaqlandı (Norveç) beş il müddətinə təşkilatın Baş katibi seçib. Seçkinin birinci turunda Torbörn Yaqland 165 səs (mütləq çoxluq), digər namizəd Vlodzimerj Timoşeviç (Polşa) isə 80 səs qazanıb. Xəbəri Avropa Şurası yayıb.
Cənab Yaqland 2005-ci ildən Norveç Parlamentinin (Stortinq) sədri və 1993-cü ildən Buskerud dairəsi üzrə parlament üzvüdür.
O, 5 noyabr 1950-ci ildə Drammendə (Norveç) anadan olub. O, Hanne Qrotyordla nikahdadır. Onların iki övladı var.
Torbörn Yaqland 1 oktyabr 2009-cu ildə Baş katib kimi and içəcək.

XS
SM
MD
LG