Accessibility links

Azərbaycan xarici işlər naziri BMT Baş Assambleyasında çıxış edib 


BMT Baş Məclisinin gündəliyinə salınmış prioritet məsələləri, o cümlədən, BMT qərarlarının qlobal problemlərin həllinə təsirini artırmaq məqsədilə təşkilatdaxili islahatların zəuririliyi, dünyada insan haqlarının qorunması, dinlərarası və mədəniyyətlərarası anlaşmanın gücləndirilməsini Azərbaycan hökuməti dəstəkləyir. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov dünən BMT-nin Baş Məclisinin 62-ci sessiyasında çıxışında bildirib. Nazirin çıxışında Ermənistan-Azərbaycan münaqişəsinə və GUAM dövlətlərindəki münaqişələrə geniş yer verilib. "Azərbaycan, Gürcüstan və Moldova ərazilərində davam edən və regionun sabitliyinə, inkişafına təhlükə yaradan münaqişələr eyni köklərdən qaynaqlanır. Bu münaqişələrin hər biri təcavüzkar separatizmdən başlanıb, mülki əhalinin etnik təmizlənməsi ilə müşaiyət edilib, bu ölkələrin suverenliyi və ərazi bütövlüyünün pozulması ilə nəticələnib. Azərbaycan GUAM-dakı həmkarları ilə birgə münaqişələrin ölkələrin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları əsasında həll edilməsi üçün Baş Məclisdə formal müzakirələrə başlayacaq, BMT-yə üzv dövlətlərin dəstəyinə nail olmağa çalışacağıq". Nazir Ermənistan-Azərbaycan münaqişəsinin ağır nəticələrindən danışıb və ATƏT-in Minsk qrupu çərçivəsində həll yolunun tapıla bilməməsini xatırladıb. "Zaman ötdükcə təmas xəttini müşahidə etmək cəhdləri çətinləşir. Ermənistan rəhbərliyi isə təcavüzün nəticələrindən sui-istifadə edərək, işğal olunmuş torpaqlarda Azərbaycanın tarixi-mədəni irsinə aid olanları dağıdır, qanunsuz fəaliyyətlə məşğul olur. BMT buna göz yummamalıdır". Xarici İşlər naziri BMT Baş Məclisinin tribunasından erməni xalqına müraciət də edib. "Ermənistanın bölgədə sülhü və sabitliyi pozan qeyri-konstruktiv siyasəti bu ölkənin uzunmüddətli inkişafı üçün təhlükədir və dağıdıcı təsirə malikdir. Əminəm ki, Azərbaycan öz suverenliyi və ərazi bütövlüyünü bərpa edəcək. Bu yalnız vaxt məsələsidir" Turan Agentilyinin məlumatına görə isə oktyabrın 3-də BMT-nin Baş Assambleyası çərçivəsində Nyu-Yorkda Ermənistan və Azərbaycan XİN başçılarının iştirakı ilə Qarabağ nizamlanması məsələsi üzrə debat da keçirilib. İlk olaraq, Ermənistan xarici işlər naziri Vardan Oskanyan çıxış edib və bildirib ki, gündəlikdə uzanan münaqişələr haqqında məsələ var. Onun sözlərinə görə, bütün münaqişələrin bir siyahıya daxil edilməsi doğru deyil. "Bizim Dağlıq Qarabağda öz problemimiz onlara aid deyil. BMT bu barədə danışmaq üçün münasib yer deyil, çünki bu mövzu ATƏT çərçivəsində müzakirə olunur. Biz Azərbaycanla danışıqları davam etdiririk və yavaş-yavaş həll istiqamətində irəliləyirik", - deyə o bildirib. Oskanyanın sözlərindən məlum olub ki, prosesdə artıq müəyyən nəticə var. "Bizim əlimizdə yalnız münaqişənin mahiyyətinə deyil, həm də dolayı məsələlərə aid olan tarazlaşdırılmış, əsaslı sənəd var, bunlar birlikdə qəbul oluna biləcək qərarın tapılmasına şərait yaradır", - deyə Oskanyan bildirib. Prosesin əsasında "xalqın öz müqəddəratını həll etmək hüququ durur", - deyə Ermənistan naziri qeyd edib. Öz növbəsində, Azərbaycan XİN başçısı Elmar Məmmədyarov çıxışında bildirib ki, Dağlıq Qarabağ mövzusu regional təhlükəsizliyə daha ciddi təhlükədir. "Münaqişənin nəticəsi Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq aləmdə qəbul edilmiş ərazi bütövlüyünün böyük hissəsinin zəbtinin davam etməsidir. Bizim Ermənistandakı və Azərbaycanın Dağlıq Qarabağətrafı rayonlarındakı torpaq və evlərindən qovulmuş 1 milyona yaxın qaçqın və köçkünümüz var. ATƏT çərçivəsində danışıqlar indiyə kimi nəticə verməyib», deyə Məmmədyarov bildirib. Nazir deyib ki. münaqişə uzandıqca hazırki Ermənistan rəhbərliyinin Azərbaycan ərazilərinin zəbtinin nəticələrini möhkəmlətmək, bu torpaqlarda Azərbaycanla bağlı olan hər şeyi dağıtmaq cəhdləri açıq olur. "BMT belə hərəkətlərə biganə qalmamalıdır", - deyə o çıxışına yekun vurub.
XS
SM
MD
LG