Accessibility links

BMT-nin Azərbaycandakı nümayəndəsi qurumun Rusiyadakı ofisinə rəhbərlik edəcək


Azərbaycanda illərim çox asan keçib. İtalyanam. Düşüncə tərzim azərbaycanlılarla üst-üstə düşür. Adət-ənənələrimizdə bəzi elementlər çox yaxındır. Bu sözləri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Marko Borsotti bu gün keçirdiyi brifinqdə bildirib. O Azərbaycanda beş il yarım işləyib. "Azərbaycanda olduğum illər ölkədə sürətli iqtisadivə sosial inkişaf illəri ilə üst-üstə düşür. Bu illərdə BMT-nin məsləhətlərinə Azərbaycan hökuməti diqqət göstərib. Mənim fəaliyyət dövrümdə BMT-nin Azərbaycanda əsas fəaliyyət istiqaməti qara qızılın insan qızılına çevrilməsi olub. Bu səyləri BMT 2002-ci ilin əvvəlindən həyata keçirir. BMT-nin məsləhətlərinin bundan sonra da Azərbaycanın iqtisadi-sosial inkişafına xidmət edəcəyinə ümid edirəm". O missiyası döründə BMT-nin Azərbaycanda çoxsaylı proqramlar həyata keçirdiyini bildirib."Bu illərdə yoxsulluğun azaldılması, informasiya kommunikasiya texnologiyaları, yaxşı idarəçilik, ətraf mühitin qorunması, pensiya sisteminin təkmilləşdirilməsi, əmək qüvvələri sahəsində islahatlar, əhalinin sosial müdafiəsi, milli məşğulluq strategiyasının hazırlanması, qan bankı sisteminin təkmiləşdirilməsi və başqa sahələrdə çoxsaylı layihələr həyata keçirilib". Rezident əlaqələndiricinin dediyinə görə, BMT artıq Azərbaycan üçün donor deyil, tərəfdaşdır. "Azərbaycanın resursları var və əsas məsələ resurslardan səmərəli istifadə edilməsidir. BMT İnikşaf Proqramlarının Azərbacanda illik büdcəsi 15 milyon dollardır. Bunun 3,5 milyonunu BMT İP ayırır. Qalan vəsait isə hökumət və başqa donorlar tərəfindən ödənilir". O «Amerikanın səsəi» radiosunun sualına cavabda Azərbaycanda insan hüquqları məsələsinə də toxunub. "İnsan hüquqlarının ən kütləvi pozuntusu çoxsalyı insanların münaqişə nəticəsində didərgin düşməsidir. Bir neçə halda BMT İnsan Hüquları üzrə Ali Komissarlığının xüsusi məruzəçiləri Azərbaycanda insan haqları ilə bağlı monitorinq aparıb və hökumətə məsləhətlər verib. Hesab edirik ki, insan hüquqlarının pozulması halları kənar qurumlar tərəfindən deyil, ölkə daxilində həllini tapmalıdır. Məmurlar tərəfindən insanların hüquqlarının pozulması halları var. Azərbaycanda Ombudsman institutunun yaradılması bu istiqamətdə prolemin həlli sahəsində mühüm addımdır". Rezident əlaqələndirici, BMT-nin Azərbaycanda olduğu ilk illərdə qaçqın və məcburi köçkünlərlə bağlı daha çox yardımlar göstərdiyini bildirib. "hazırda Azərbaycan özü qaçqınların yaşamasını təmin etmək iqtidarındadır. Qaçqınların öz doğma yurdlarına qayıtma məsələsi ortaya çıxarsa BMT yardımını əsirgəməyəcək. Bunun üçün isə sülh sazişi bağlanmalıdır".- BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Marko Borsotti bundan sonra BMT-nin Rusiyadakı ofisinə rəhbərlik edəcək. O Rusiyada gələcək fəaliyyətini "çox mühüm və mürəkkəb vəzifə" adlandırıb. "Ümid edirəm ki, Rusiyada da fəaliyyətim Azərbaycandakı kimi səmərəli olacaq". M.Borsottinin fikrincə, Rusiyada miqrasyia məsələsi mühümdür. "Məsələnin həllinə çoş peşəkar münasibət olmalıdır. Azərbaycanlılar başa düşməlidir ki, başqa ölkələrdən olan miqrantlar kimi onlar da özlərini hüquqi çərçivədə aparmalıdır. Bu ölkədə bütövlükdə miqrantalırın problemlərinin həlli üçün dövlətin tənzimləyici mexanizmldəri yaradılmaqdadır və yaradılmalıdır. Hesab edirəm ki, Rusiyada olan azərbaycanlıların qeydiyyata alınması problemin həllinə kömək edəcək".
XS
SM
MD
LG