Accessibility links

BMT Azərbaycanla bağlı prioritetlərini müzakirə edir



BMT və Azərbaycan hökuməti növbəti beş il üçün əməkdaşlığın prioritetlərini müzakirə edir. Mayın 22-də Azərbaycan İqtisadi İnkişaf Nazirliyində 2011-2015 illər üçün BMT-nin İnkişafa Yardım üzrə Çərçivə Sənədinin (UNDAF) hazırlanması prosesinin rəsmi başlanmasına həsr olunan xüsusi iclas keçirilib. Növbəti UNDAF dövrü (2011-2015) üçün BMT təşkilatlarının Azərbaycandakı fəaliyyətinin əsas prioritetlərinin müəyyən edilməsinə yol açan tədbirdə Azərbaycanda fəaliyyət göstərən BMT agentlikləri və onların hökumət tərəfdaşları iştirak edir. UNDAF təsdiq edildikdən sonra, Azərbaycan hökuməti onu 2010-cu ilin mart ayında müvafiq BMT agentliklərinin İdarə Şuralarına təqdim edəcək. Bu barədə BMT-nin Azərbaycan nümayəndəliyinin məlumatında deyilir.
BMT agentlikləri Azərbaycanın inkişafı naminə birgə fəaliyyətlərini beşillik dövrü əhatə edən BMT-nin İnkişafa Yardım üzrə Çərçivə Sənədinə (UNDAF) uyğun qurur. BMT-nin 2005-ci ildən həyata keçirilən Azərbaycan üzrə çərçivə sənədi 2010-cu ildə başa çatacaq.

XS
SM
MD
LG