Accessibility links

Bu il “Səhralaşma və iqlimin dəyişməsi vahid qlobal problemdir» şüarı irəli sürülüb


BMT-nin baş katibi Van Ki Mun Ümumdünya səhralaşma və quraqlıqla mübarizə günü münasibətilə bağlı müraciət qəbul edib. Hər il dünyada iyunun 17-də səhrəlaşma və quraqlıqla mübarizə günü qeyd olunur. Sənəddə deyilir ki, səhralaşma dünyanın 100-dən çox ölkəsində 1,2 milyard insanın sağlamlığı və rifahı üçün təhlükə yaradır. «Səhralaşmanın səbəbləri müxtəlif və mürəkkəbdir». Onun sözlərinə görə, BMT 13 il əvvəl iyunun 17-də qəbul etdiyi Konvensiyanın məqsədi yerli, milli, subregional və regional innovasiya proqramları hazırlamaq və qarşılıqlı beynəlxalq tərəfdaşlıq fəaliyyəti üçün əlverişli şərait yaratmaq yolu ilə konkret proseslərə yardım göstərməkdir. «Bu ilki Ümumdünya səhralaşma və quraqlıqla mübarizə günü “Səhralaşma və iqlimin dəyişməsi vahid qlobal problemdir” mövzusundadır». Baş katbi bildirir ki, iqlimin dəyişməsi və səhralaşma bir-birilə bağlıdır. «İnsan fəaliyyəti nəticəsində parnik qazları planetimizdə istiləşməyə səbəb olur. Qlobal istiləşmə atmosfer kataklizmlərinin, məsələn, quraqlıq və leysan yağışlarının sayının bundan sonra da artmasına gətirib çıxara bilər ki, bu onsuz da zəif olan torpaq örtüyünə məhvedici təsir göstərər. Bu meyil isə səhralaşma problemini ağırlaşdıraraq, əhalinin yoxsullaşmasının, məcburi miqrasiyanın və zərərçəkən bölgələrdə münaqişələr yaranması risklərinin artmasına gətirib çıxaracaq». BMT-nin baş katibi səhralaşma - torpaqların yararsız vəziyyətə düşməsi ilə mübarizə, azməhsuldar torpaqların meliorasiyası və bitki örtüyünün bərpası sahəsində razılaşdırılmış tədbirlər görməyə çağırıb.
XS
SM
MD
LG