Accessibility links

Boeing şirkəti Azərbaycanda ofisini açıb


ABŞ-ın "Boeing İnternational Corporation" şirkəti Azərbaycanda ofisini açıb. Ofisin direktoru Kocal Rifel Roy təyin edilib.
"Azərbaycan Hava Yolları" Cəmiyyəti 2007-ci ildə "Boeing" korporasiyası ilə yeni 8 avialaynerin alınmasına dair saziş imzalayıb. Sənədə görə, "Boeing" "AzAL"a 2010-2011-ci illərdə 4 ədəd "B-737-900ER", 2 ədəd "B-767-300ER" və 2 ədəd "B-787-8" təyyarələri satacaq. Yeni təyyarələr Avropa, Asiya və Amerika qitələrinə uçacaq. Bu təyyarələr xarici banklardan cəlb olunacaq uzunmüddətli kreditlər hesabına alınacaq.
"Azərbaycan Hava Yolları" birinci "Boeing 757-200" tipli təyyarəni 2000-ci ildə alıb. 2000-2002-ci illərdə aviaşirkət cəmi 4 ədəd "Boeing 757-200" təyyarəsi alıb.

XS
SM
MD
LG