Accessibility links

Azərbaycan parlamenti 2009-cu il dövlət büdcəsinin müzakirəsinə başlayıb


Milli Məclis “Azərbaycanın 2009-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsinə başlayıb.
Büdcə zərfinə “Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsi haqqında”, “Azərbaycanın 2009-cu il üçün yaşayış minimumu haqqında”, “Azərbaycanda 2009-cu il üçün ehtiyac meyarı haqqında”, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Qanunun qüvvədə olan müddətinin uzadılması haqqında” qanun layihələri daxildir.
2009-cu il dövlət büdcəsinin gəlirləri 12 milyard 177 milyon manat, xərcləri 12 milyard 355 milyon manat proqnozlaşdırılır. Dövlət Neft Fondunun büdcəsinin xərcləri 5 milyard 676 milyon manat təşkil edəcək. Bu isə 2008-ci ilə nisbətən 29,9 faiz çoxdur. Dövlət büdcələrinin gəlirləri proqnozlaşdırılarkən neftin bir barelinin qiyməti 70 ABŞ dolları məbləğində nəzərdə tutulub.
Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsinin gəlirləri 1775547400,0 manat, xərcləri isə 1775547400,0 manat nəzərdə tutulub.
2009-cu ildə yaşayış minimumu adambaşına 84 manat, əmək qabiliyyətli əhali üçün 92, pensiyaçılar üçün 65, uşaqlar üçün 69 manat, ehtiyac meyarı 60 manat olacaq.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi isə torpaq vergisi istisna olmaqla digər vergilər üzrə güzəştlər 2009-cu il yanvarın 1-dən daha 5 il müddətinə uzadılması nəzərdə tutulur.

XS
SM
MD
LG