Accessibility links

Azərbaycanla İran arasında casus qalmaqalı


İranın Azərbaycandakı səfiri bu gün Azərbaycan xarici işlər nazirliyinə dəvət edilib. Onunla dörd saat söhbət aparılıb və konkret faktlar təqdim olunub. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Milli Təhlükəsizlik nazirliyinin «Səidin dəstəsi» adlanan qrupun İran İslam İnqilabının Mühafizə Korpusu - "SEPAH" ilə məxfi əməkdaşlığı barədə məlumatına İran tərəfinin cavabına münasibət bildirərkən deyib. Nazir Azərbaycanın İrandan cavab gözlədiyini bildirib. Onun fikrincə, iki dövlət arasında münasibətlərdə diplomatik gərginlik yoxdur. Cənab Məmmədyarov İran tərəfinin bəyantındakı Azərbaycanın məlumatının ABŞ və İsrail kəşfiyatının təsiri altında hazırlanması ilə bağlı məaqamların droğru olmadığını bildirib. Azərbaycan Xarici İşlər nazirliyi məsələ ilə bağlı açıqlama da yayıb. XİN İran səfirliyinin son bəyanatından nararahtlığını bildirir. «Bu kimi əməllər sazişlərin, qanunların və dövlətlərarası dost münasibətlərin əksinədir. Əmin olmaq isərdik ki, bizim dost münasibətlərimizin əleyhinə bundan sonra əməllər törədilməyəcək və Azərbaycan əlaqəri bundan sonra da inikşaf etdirəcək»-deyə açıqlamada qeyd olunur. Yeri gəlmişkən bildirim ki, Milli Təhlükəsizlik nazirliyinin məluamıtnda deyilir ki, «Səidin dəstəsi» adlandırılan qrupun üzvləri 2005-2006-cı illərdə İranın müxtəlif şəhərlərində SEPAH-ın konkret əməkdaşlarından tapşırıqlar alıb və məşqlər keçib. «Dəstə Bakıda fəaliyyət göstərən ABŞ, İsrail və digər dövlətlərin səfirlikləri, rəsmi nümayəndəlikləri, iqtisadi obyektləri və vətəndaşları, eləcə də "Bakı-Tbilisi-Ceyhan" boru kəmərinin Azərbaycanda keçdiyi ərazilər, basdırıldığı yerlərin dərinliyi, borunun qalınlığı, mühafizə sistemi barədə məlumatlar toplayıb. Dəstənin üzvləri ABŞ, İngiltərə və İsrailin Azərbaycanda müxtəlif fəaliyyət sahələrinə dair ümumilikdə 150-dən artıq məlumat toplayıb və materialları İran xüsusi xidmət orqanına çatdırıb».
XS
SM
MD
LG