Accessibility links

İyulun sonunda ABŞ və Çexiya RƏM elementlərinin yerləşdirilməsi haqqında saziş imzalayacaq


Texniki parametrlərinə görə Qəbələ Radiolokasiya Stansiyasının qlobal RƏM sistemi üçün səmərəli deyil və Çexiyada quraşdırılacaq müdafiə sisteminin elementlərini əvəz edə bilməz. Bu barədə Bakıda səfərdə olan Çexiya xarici işlər naziri Karel Şvartsenberq "Amerikanın səsi" radiosunun sualının cavabında bildirib

Cənab Şvartsenberq eyni zamanda Qəbələ RLS-in müasirləşdirilməsinin mümkünlüyünü qeyd edib. "Amma bu barədə qərarı Azərbaycan və Rusiya qəbul etməlidir. Bundan sonra isə Qəbələ RLS-in qlobal RƏM sisteminin tərkibinə daxil edilməsi haqqında danışıqlar NATO və Avropa Birliyi ilə aparılmalıdır"

Nazir bu il iyulun sonunda ABŞ və Çexiya bu ölkədə RƏM elementlərinin yerləşdirilməsi haqqında saziş imzalayacağını bəyan edib.

Öz növbəsində, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov qeyd edib ki, ABŞ və Rusiya Azərbaycana Qəbələ RLS-dən birgə istifadə haqqında danışıqların gedişi barədə məlumat verir və rəsmi Bakı bu sahədə danışıqlara açıqdır.

Azərbaycan xarici işlər naziri Rusiya ilə Azərbaycan təbii qazının alınması barədə aparılan müzakirələrdən də danışıb. Məsələyə dünən Rusiya prezidentinin Azərbaycana səfəri çərçivəsində də toxunulub.

Eyni zamanda, 2009-cu ilin yanvarından Avropa Birliyinə sədrlik edəcək Rumıniya Azərbaycan qazını Avropa üçün vacib sayır. O Xəzər qazının Avropaya nəqlini həyata keçirəcək "Naubbuko" layihəsinin uğurla başa çatacağına ümid edir. "Nabukko" Avropa üçün çox vacib layihədir. Çexiya bu layihədə partnyor olmasa da, danışıqların gedişini çox maraqla izləyir. Gözləyirik ki, proses uğurla başa çatsın».

XS
SM
MD
LG