Accessibility links

Azərbaycan maliyyə kəşifyyatı orqanı təsis edəcək


ABŞ-ın Azərbaycandakı səfirliyi, Amerika Ədliyyə nazirliyi, Avropa Şurası və Azərbaycan hökuməti Bakıda «Çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi və digər maliyyə cinayətləri ilə mübarizənin hüquqi çərçivələri» adlı seminar keçirir. Tədbirdə maliyyə kəşfiyyatı orqanlarının əsas funksiyaları, struktur modelləri, beynəlxalq təcrübə, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq, toplanmış maliyyə informasiyasının qorunması mexanizmi ətrafında müzakirələr aparılır. Ekspertlər Azərbaycanda tez bir zamanda maliyyə kəşfiyyatı orqanının yaradılmasının vacibliyini qeyd edib. Avropa Şurasının eksperti Klaudio Stroliqo Azərbaycanda yaradılacaq maliyyə-kəşfiyyat qurumunun əsas və əlavə funksiyalarına dair çoxsaylı tövsiyələr verib. Onun fikrincə, dünyada bu qurumun inzibatı, polis, ədliyyə -məhkəmə və ya hybrid orqan kimi fəaliyyəti mövcuddur. Azərbaycan Baş Prokurorunun birinci müavuini Rüstəm Usubov isə maliyyə kəşiyyat orqanının Baş Prokurorluğun nəzdində yaradılmasına üstunlük verir. ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi çirkli pulların yuyulmasının böyük təhlükələr yaratdığını diqqətə çatdırıb. Onun fikrincə, çirkli pulların yuyulması azad ölkələrin iqtisadi, sosial və siyasi sistemlərinə təhlükə olaraq qalır. Səfir bildirib ki, hər il 100 milyonlarla dollar çirkli pulların banklar vasitəsilə cinayətkarlığın dəstəklənməsinə ötürülür və beləliklə, günahsız insanlara hücumlar dəstəklənir. Xanm Dersi hesab edir ki, bütün demokratik dövlətlər çirkli pulların yuyulmasının qarşısını almaq üçün maliyyə kəşfiyyat orqanları yaratmalıdır. ABŞ səfiri Azərbaycanı tez bir zamanda müstəqil maliyyə kəşfiyyat orqanı yartamağa çağırıb. Onun sözlərinə görə, çirkli pullara qarşı birgə mübarizə sahəsində ABŞ, Avropa Birliyi və Azərbaycanın əməkdaşığı da var. Azərbaycan Prezidentinin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Azəbaycanın həm yerli, həm də beynəlxalq terrorizmə qarşı mübarizə apardığını bildirib. «Çirkili pulların yuyulmasına qarşı mübarizə üçün Azərbaycanın beynəlxalq stnadartlara cavab verən qanunvericilik bazası mövcuddur. Biz maliyyə-kəşfiyyat qurumunun yaradılması üçün də ən yaxşı təcrübədən istifadə edəcəyik »-deyə o qeyd edib.
XS
SM
MD
LG