Accessibility links

Azərbaycanda müxalifyönümlü baş redaktor döyülüb


Müxalifyönümlü "Bizim yol" qəzetinin baş redaktoru, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Bahəddin Həziyev naməlum şəxslər tərəfindən oğurlanaraq vəhşicəsinə döyülüb. İnsident dünən gecəyarısı baş verib. Baş redaktor işdən sonra həmkarını evə ötürürüb qayıdarkən maşınının yolunu iki maşınla kəsiblər və ona ağır işgəncələr veriblər. Onun sol ayağı beş yerdən sınıb, bədənində çoxlu çançırlar var. Beş nəfər naməlum şəxs B.Həziyevə bir neçə saat fiziki əzab verdikdən sonra, onu Bakının 20 kilometrliyindəki Masazır gölünün sahlindəki avtomobil yoluna atıblar. Dəstənin üzvləri baş redaktorun əllərini bağlayıb və başına torba keçirib. Yolda əli və gözü bağlı olan jurnalistin ayağının üstündən maşın sürülüb. B.Həziyev səhərədək yaralı vəziyyətdə yolun kənarında qalıb və yalnız səhər saat 8 radələrində polis tərəfindən tapılıb. Baş redaktoru müalicə edən həkim Sabir Mirzəyev Amerikanın səsi radiosuna juranlistin vəziyyətinin ağır olduğunu bildirib.Onun sözlərinə görə, cənab Həziyevin sol ayağında çoxsaylı qəlpəli sınıqlar və bədənində çoxsaylı qançırlar var. Bu gün çoxsaylı jurnalist, hüquq müdaifə təşkilatları və siyasi partiyalar baş redaktora qarşı hücumu pisləyəen bəyanatlarla çıxış edib. Onlar ölkədə azad sözə təminat üçünt şərati yaradılmasını və cinayətkarların tapılıb cəzalanmasını tələb edir. AXCP sədri Əli Kərimli isə baş redaktora qarşı cinayətkar hücumu dövlət səviyyəsində terror adlandırıb. Cənab Kərimli insidenti "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynova, "Azadlıq" qəzetinin redaktoru Qənimət Zahidə, bu qəzetin müxbiri Fikrət Hüseynliyə qarşı edilən cinayətin davamı kimi qiymətnədirır. ATƏT-in Bakı Ofisi də «Bizim Yol» qəzetinin baş redaktoru və Azərbaycan Xalq Cəbhəsi Partiyasının Sədr Müavini Bahəddin Həziyevə qarşı qəddar hücumu pisləyir. Ofisin rəhbəri Maurisio Pavesi bildirib ki, Azərbaycanda dövlət tərəfindən mətbuat azadlığı və müstəqilliyi bəyan edilməsinə baxmayaraq, jurnalistlər zorakılıq və təhqirlə üzləşməkdə davam edir. «Hazırki məsələ daha ciddidir, belə ki, qurban təkcə görkəmli jurnalist yox, eyni zamanda, aparıcı müxalifət partiyalarından birinin tanınmış siyasətçisidir. Biz məsuliyyətli orqanları incident ilə əlaqədar təcili, şəffaf və əsaslı istintaqa başlamağa, hücuma məsuliyyət daşıyan şəxsləri məhsuliyətə cəlb olunmasına çağirırıq”-deyə o qeyd edir. Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistə qarşı hücumu kəskin pisləyir. O Amerikanın səsi radiosuna bu hadisəni demokratiyaya qarşı atılan addım kimi qiymətləndirib. Abşeron rayon Polis idarəsinin istintaq şöbəsinin müdiri Seymur Səfərov bildirib ki, faktla bağlı cinayət işi başlayıb və istintğaq aparılır.
XS
SM
MD
LG