Accessibility links

Azərbaycanda gənclər ayaqyalın gəzərək etiraz edib


"Dalğa" Gənclər Hərəkatının fəalları Bakının mərkəzində təhsil sahəsində qəti islahatlar aparılması tələbi ilə etiraz aksiyası keçirməyə cəhd edib. Lakin polis etirazın qarşısını alıb və 16 nəfər saxlanıb. Aksiya səssiz olub, iştirakçıları şüarlar əsləndirməyib, plakatlar qaldırmayıb. Nümayişə diqqət cəlb etmək üçün fəallar şəhərin mərkəzində ayaqyalın gəziblər. Aksiyanın qətnaməsində Boloniya sistemindən irəli gələn öhdəlikləri yerinə yetirməsi, xaricdə təhsil almaq üçün tələbə seçiminin şəffaflığını təmin edilməsi, təhsil sahəsində korrupsiyaya qarşı sistemli şəkildə mübarizə aparılması tələb edilir.
XS
SM
MD
LG