Accessibility links

Vəfa Quluzadə: `Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən nəticə gözləmirəm`


Xəzər Araşdırmalar Mərkəzinin rəhbəri, Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə Azərbaycan və Ermənistan prezidentinin Sankt-Peterburq görüşündə münaqişənin həllində irəliləyiş əldə edilmədiyini deyib. O prezidentlərin növbəti görüşündən də hər hansı müsbət nəticə gözləmir. Politoloqun fikrincə, regionda Rusiyanın maraqları dəyişməyincə Cənubi Qafqazdakı münaqişələrin həlli istiqamətində irəliləyiş mümkün deyil. “Hazırda önəmli hadisə NATO-nun Cənubi Qafqaza doğru irəliləməsidir. Bu Rusiyanın maraqlarına təsir edə bilər”-deyə o qeyd edib.
Bununla yanaşı, Azərbaycan və Ermənistan prezidentinin növbəti görüşünün olacağı gözlənilir. Bu gün Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov dövlət başçılarının növbəti görüşünün yenə Rusiyada baş tutacağına işarə edib. Eyni zamanda, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza da bu gün Bakıya gəlib. O, Azərbaycan rəhbərləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələri davam etdirəcəyini deyib.




XS
SM
MD
LG