Accessibility links

31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günüdür


31-Dekabr Dünya Azərbaycanlılarının Həmrəyilik günüdür. Həmrəylik günü rəsmi dövlət böayramıdır və iş günü deyil. Bayram münasibətilə prezident İlham Əlyiev, Milli Məclis və müxalifət liderləri Azərbaycan xalqına müraciət imzalayıb. Prezidentin müraciətində deyilir ki, ötən dövrdə dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsi, məzmunca zənginləşdirilməsi üçün xeyli iş görülüb. «Azərbaycanlıların həmrəyliyi ideyası ictimai təşəbbüslərdən və arzulardan əməli işə çevrilib, dövlət siyasətinin mühüm istiqamətlərindən biri səviyyəsinə qaldırılmıb. Azərbaycanlıların yığcam yaşadığı ölkələrdə onların təşkilatlanması, birlik və mütəşəkkilliyinin gücləndirilməsi üçün məqsədyönlü fəaliyyət göstərilmib. 2001-ci ilin noyabrında Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən Dünya azərbaycanlılarının I qurultayı qarşıda duran vəzifələri müəyyənləşdirib, azərbaycanlıların öz milli dövləti - Azərbaycan Respublikası ətrafında sıx birləşməsi prosesinə güclü təkan verib, milli birlik ideyasının inkişafında mühüm rol oynayıb. Qurultaydan sonra Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıb, soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanun qəbul edilb. Soydaşlarımızın təşkilatlanması daha da güclənib, milli-mənəvi və ümumbəşəri dəyərləri üzvi şəkildə birləşdirən, Azərbaycan xalqına və millətinə mənsubluq hissinə əsaslanan azərbaycançılıq ideyası bütün dünyada yaşayan azərbaycanlılar arasında geniş yayıb». Milli Məclis isə bugünki plenar iclasında bayram münasibətilə dünya azərbaycanlılarına müraciət qəbul edib. Müraciəti parlamentə vitse-spiker Bahar Muradova təqdim edib. Sənəddə deyilir ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar Qarabağ probleminin həllinə kömək etməlidir. O həmiçnin dünya azərbaycanlılarını ölkənin probeminin həlli istiqamətində Azərbaycan Respublikasına kömək etməyə çağırıb. Müxalifətdə olan siyasi partiya liderləri bayram münasibətilə Müsavat partiyasının qərargahında şadyanalıq keçirib. Müsavat partiyasının başqanı İsa Qəmbər bilidirib ki, bu il keçirilən parlament seçkiləri zamanı ölkədəki avtoritar rejimə ciddi zərbələr vurulub. O 2006-cı ilin problemlərin həllinin başlanğıcı ili olacağını bəyan edib və bayram münasibəti ilə xalqı təbir edib.
XS
SM
MD
LG