Accessibility links

Azadlıq seçki blokunun mitinqə cəhdinin qarşısı alınıb, saxlananlar var


«Azadlıq» seçki blokuna daxil olan Xalq Cəbhəsi, Müsavat və Demokrat partiyalarının tərəfdarları Bakıda metronun "Nərimanov" stansiyası ətrafında və Nizami küçəsində mitinq keçirməyə cəhd edib. Qarşıdurma zamanı onlarla müxalifət təfrdarı polis tərəfindən saxlanıb. Mitinqçilər arasında Calq Cəbhəsi partiyasının sədri Əli Kərimli də olub. Polis qüvvələri Əli Kərimlinin meydlana daxil olmasına imkan verməyib. Diqqəti çəkən bir məqam da bu dəfəki aksiyada gənclərin sayca çoxluq təşkil etməsidir. Bakı şəhər Baş Polis idarəsinin rəis müavini Yaşar Əliyev bildirib ki, mitinqə cəhdin qarşısı alınıb. Onun sözlərinə görə, insident zamanı xəsarət alan yoxdur və 15 nəfər saxlanıb. AXCP sədri Əli Kərimli isə aksiyanın baş tutduğunu və minlərlə adamın iştirak etdiyini bildirib. Cənab Kərimlinin sözlərinə görə, yüzdən çox aksiya iştirakçısı saxlanıb və onların arasında ağır xəsarət alanlar var. AXCP sədrin reklam kampaniyasında da müxaliyfətin sıxışdırılıdığını bildirib. Onun fikrincə, dövlət başçsının seçki praktikasının təkmiləşdirilməsi barədə 11 may fərmanı yerinə yetirilmir. Əli Kərimli müxalifətin növbəti aksiyasının hakimiyyətin icazəsi olub-olmamasından asılı olmayaraq oktyabrın 30-da keçiriləcəyini deyib. Azadlıq blokunun təmsilçisi son günlər nazirlərin və digər şəxslərin həbsini növbəti şou adlandırıb. Onun qənaətincə, Azərbaycanda dövlət çevrilişindən danışmağa dəyməz. Cənab Kərimli "Azadlıq" blokunun seçkiləri boykot edəcəyi barədə iddiaları təkzib edib. "Biz mübarizəni sonadək davam etdirəcəyik. Seçkilərin nəticələri saxatalaşdırılarsa mübarizəni hüquqi vasitələrlə, daha sonra isə siyasi üsularla davam etdirəcəyiik" - deyə o bəyan edib.
XS
SM
MD
LG