Accessibility links

Azərbaycan parlamentinin deputatı barədə cinayət işi başlanıb


Milli Məclis Hüseyn Abdullayevin deputat toxunulmazlığının ləğv edilməsi barədə qərar qəbul edib. Buna cənab Abdullayevlə deputat Fəzali Ağvamalı arasında baş verən insident səbəb olub. Belə ki, martın 16-da hökumətin parlamentə hesabatı zamanı iki deputat arasındakı mübahisə yumruq davasına çevrilib. Baş Prokurorun parlamentə göndərdiyi təqdimatda deyilir ki, cənab Abdullayevin hərəkətlərində cinayət tərkibi var və ona qarşı Cinayət Məcəlləsinin xuliqanlıq və döymə maddələrilə cinayət işi başlanıb. MM-in İntizam komissiyasının sədri Ağacan Əbiyev də Abdullayevin cinayət məsuliyyətinə cəlb olunması üçün kifayət qədər əsas olduğunu deyib. Onun fikrincə, paralmentdə belə hallara yol vermək olmaz. Ancaq maraqlıdır ki, nə parlamentdə, nə də intizam komissiyasının işində Hüsyen Abdullayev iştirak etməyib. Komissiyanın sədri müzaikrələrə onun dəvət edildiyini desə də müstəqil «Turan» agentliyi bu gün deputatın parlamentin iclasından öncə ATƏT-in Bakı ofisinə görüşə gedərkən saxlandığını bildirib. Parlamentdə çoxluqda olan YAP-ın tərəfdarları MM-in qərarını dəstəkləsə də, bir çox deputatlar və müxalifətdə olanlar əlehinə çıxış edib. Fəzail Ağamalının sədri olduğu «Ana Vətən» partiyasının fəalı deputat Zahid Oruc cənab Abdullayevin hərəkətlərinə hüquqi qiymət verildiyinə görə parlamentə minnətdarlıq bildirib. O hadisənin kökündə duran siyasi məqamlara da toxunub. Deputat Pənah Hüseyn deputatın toxunulmazlıq hzüququnun ləğv edilməsinin əlyehinədir. Onun fikrincə, Hüseyn Abdullaeyvə qarşı yönəlmiş hərəkətlər siyasidir. YAP icra katibinin müavini, deputat Səyavuş Novruzov isə müxalfətin fikirləri ilə razılaşmır. Onun dediyinə görə, parlamentin qərarı siyasi notlar üzərində qurulmayıb. Deputat cənab Abdullayevi müdaifə edənləri həm də günahlandırıb. Son məlumatlara görə, Hüsyen Abdullayev istintaq orqanı tərəifndən saxlanıb və hazırda Respublika Prokurorluğunun Ağır Cinayət İşlərinə dair idarəsində onun dindirilməsi başlayıb. Bu barədə «Amerikanın səsi» radiosuna vəkil Ramiz Zeynalov deyib.
XS
SM
MD
LG