Accessibility links

Səfir Enn Dersi: ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda fəaliyyətini daha da intensivləşdirəcək


ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi Bakının Şüvəlan qəsəbəsindəki Uşaq və ailə problemləri mərkəzində olub. Səfir mərkəzin dinləyicilərinə hədiyyələr təqdim edib. O bildirib ki, ABŞ hökuməti Azərbaycanda Ailə və Uşaq problemləri mərkəzlərinin açılması məqsədilə 2 milyon dollar ayırıb.

“Bu mərkəzlər Şüvəlan qəsəbəsi, Mingəçevir və Goranboy şəhərlərində açılıb.Mərkəzlər uşaqların həyatında dəyişiklik yaradır. Sevindiricidir ki, Azərbaycan hökuməti də belə mərkəzlər açacağını planlaşdırır”.

Səfir “Amerikanın səsi” radiosunun suallarına da cavab verib. Xanım Dersi regionda neft və qaz kəmərlərinin təhlükəsizliyi ilə bağlı bildirib ki, son dövrlər regionda baş verən hadisələrn alternativ enerji mənbələrinin və kəmərlərin vacibliyini bir daha diqqətə gətirib.

“Regionda son zamanlar cərəyan edən hadisələr bir daha təsdiq edir ki, ABŞ-Azərbaycan əməkdaşlığı çox böyük əhəmiyyətk daşıyır. Bu əlaqələr həm də yeni alternativ enerji mənbələrinin, enerji kəmərlərinin yaradılmasını vacib edir. Bunlar həm Avropa, həm də dünya bazarlarını təmin edən mənbələr ola bilər. ABŞ bu istiqamətdə fəaliyyətini davam etdirəcək və bu fəaliyyət daha intensiv, daha fəal surətdə həyata keçiriləcək. Belə intensiv fəaliyyətlərə eyni zamanda boru kəmərlərinin qorunması və mühafizəsi də daxildir”.

Xanın Dersi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ABŞ-ın fəaliyyəti və amerikalı həmsədr Metyu Brayzanın regiona son səfərinin münaqişənin həll variantının tapılmasına yönəldiyini bildirib.

“ABŞ vitse-prezidenti Dik Çeyni Azərbaycana səfəri zamanı qabarıq şəkildə qeyd etdi ki, hazırda Dağlıq Qarabağ və bölgədəki digər münaqişlərini həlli daha böyük əhəmiyyət daşıyır. Vitse-prezident deyib ki, Dağlıq Qarabağ münaqişəsi razılaşdırılmış həll yolu ilə ərazi bütövlüyü prinsipindən qaynaqlanaraq və digər beynəlxalq prinsiplər də nəzərə alınmaqla həll olunmalıdır. Amerikalı həmsədr Metyu Brayzanın regiona səfəri, bundan sonra baş tutacaq digər səfərlər, Nyu-Yorkdakı görüşlərin əsas məqsədi həll variantının tapılacağına sərf olunub. ABŞ istəyir ki, regionda sülh bərqərar olsun, bundan sonra inkişafa təkan verilsin, potensialın inkişafı üçün şərait yaradılsın. ABŞ ən yüksək səviyyədə təmsil olunaraq Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda fəaliyyətini daha intensiv həyata keçirəcək”-deyə o qeyd edib.


XS
SM
MD
LG