Accessibility links

Azərbaycan donuz qripinə qarşı mübarizə üçün hazırlıq işləri görüb


Kənd Təsərrüfatı nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov Azərbaycanda donuz qripi ilə mübarizə sahəsində görülən işlərdən danışıb. Onun fikrincə, donuz qripinə yoluxmuş iki şəxs aşkar edilsə də bu sahədə vəziyyət stabildir.
Cənab Həsənov vətəndaşları A/H1N1 virusu aşkar edilmiş ölkələrə az səfər etməyə çağırıb. Onun fikrincə, Azərbaycan vətəndaşları qonşu İran, Gürcüstan, Rusiya və Türkiyə səfərlərinə mümkün qədər ara verməlidir. “Qonşu ölkələrdə donuz qripinə yoluşma hallarının artması, Azərbaycanda da yoluxma risklərini artırır”.


XS
SM
MD
LG