Accessibility links

2007-ci ilin birinci rübündə Azərbaycan Dövlət Neft Fondunun gəlirləri 373,6 milyon manat olub


Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun birinci rübün yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. İ Onun sözlərinə görə, 2007-ci ilin 1-ci rübündə Neft Fondunun büdcə gəlirləri 373,6 milyon manat, büdcə xərcləri isə 147,7 milyon manat təşkil edib. «Birinci rübdə Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsindən ı gəlirləri 358,2 milyon manat, o cümlədən mənfəət neftinin satışından 342,4 milyon manat, bonus ödənişlərindən 0,9 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,5 milyon manat, Azərbaycanda istehsal edilən və ixrac olunan xam neftin kontrakt qiyməti ilə respublikadaxili topdansatış qiyməti arasındakı fərqdən 14,4 milyon manat təşkil edib». Diroektor bildirib ki, ötən rübdə Neft Fondunun vəsaitlərinin idarə olunmasından 15,4 milyon manat gəlir götürüb. «Neft Fondunun 2007-ci il büdcəsinin icrası çərçivəsində 27 milyon manat qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə, 112,5 milyon manat isə dövlət büdcəsinə transfer edilib. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi üçün isə 7,3 milyon manat vəsait ödənilib. 2007-ci ilin birinci rübündə Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 0,9 milyon manat olub. Neft Fondunun büdcədənkənar xərcləri və ödənişləri Fondun valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı olub və 1,5 milyon manat təşkil edib». 2007-ci il aprelin 1-nə Fondun aktivləri ilin əvvəlinə nisbətən 17,7 faiz artaraq 1491,8 milyon manata (1720,3 milyon ABŞ dolları) bərabər olub.
XS
SM
MD
LG