Accessibility links

Dünya Bankının effektiv idarəetmə indikatorunda Azərbaycanın reytinqi yüksək deyili


Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə Qeyri Hökumət Təşkilatları Koalisiyası Dünya Bankının 212 ölkə üzrə açıqladığı «Effektiv idarəetmənin indikatorları» sənədinin müzakirəsini keçirib. Tədbirdə koalisiyanın əlaqələndiricisi Qubad İbadoğlu «Effektiv idarəetmənin indikatorları üzrə Azərbaycanın mövqeyi dinamikada və ölkələrarası müqayisədə» mövzusunda təqdimatla çıxış edib. Onun sözlərinə görə, dünya bankı indikatorları əhalinin rəyinin nəzərə alınması, dövlət orqanlarının hesabatlılığı, siyasi sabitlik və zorakılılığın olmaması, hökumətin işinin effektivliyi, qanunların mükəməlliyi, korrupsiya ilə mübarizə üzrə müəyyən edilib. Sənəddə 7 ballıq şkala üzrə Azərbaycanın reytinqi hökumətin işinin səmərəliliyi və qanunların mükəməlliyi üzrə 4 bal, yerdə qalanlar üzrə isə 5 bal qiymətləndirilib. Bu qiymətləndirmə Orta Asiya və Cənubi Qafqazı əhatə edən 8 dövlət üzrə aparılıb. Ekspertin fikrincə, neft və qazla zəngin olan Rusiya, Qazaxıstan və Türkmənistandan Azərbaycanını mövqeyi üstündür. Cənab Qubadoğlu qanunların mükəmməliyndən danışanda, eyni zamanda Azərbaycanda hələ də bir sıra mühüm əhəmiyyət kəsb edən qanunların qəbul edilməməsindən təəssüflənib. Hökumətin effektli işləməsinə gəlincə, koalisiya rəhbəri hesab edir ki, region dövlətləri ilə müqaisədə vəziyyət yaxşı olsa da digər ölkələrlə müqaisədə Azərbaycan çox işlər görməlidir. Korrupsiyaya qarşı mübarizədə Azərbaycanın indeksi 2005-ci illə müqaisədə 1 faiz aşağı düşərək 15- ə enib. Ekspert hesab edir ki, qonşu Gürcüstanla müqaisədə irəliləyişin olacağına ümidlər azdır.
XS
SM
MD
LG