Accessibility links

Əfqanıstan Azərbaycanla əməkdaşlığını dərinləşdirmək istəyir


Əfqanıstanın xarici işlər naziri Rangin Datfar Spantan Azərbaycanda rəsmi səfərdədir. O Azərbaycanın baş naziri, xarici işlər naziri digər rəsmi şəxsləri ilə görüşlər keçirib.

Əfqanıstan naziri Azərbaycanın Əfqanıstana onun bugünkü çətin vəziyyətində göstərdiyi yardıma görə təşəkkür edib. Nazir həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin həllində Əfqanıstanın Azərbaycanın mövqeyini tam dəstəklədiyini bildirib.

Əfqanıstan tərəfi Azərbaycanın diplomatik xidmət, elm və təhsil, tibb, kənd təsərrüfatı və digər sahələrdə təcrübəsinin öyrənilməsində maraqlıdır.

Azərbaycan Xarici İşlər Nazirliyində aparılan danışıqlarda iki ölkə arasında mədəni, iqtisadi və elmi əlaqələrin genişləndirilməsi haqqında razılıq əldə edilib. “Əfqanıstanda mütəxəssislərə kəskin ehtiyac var və əfqan tələbələrin təhsil almasında Azərbaycan bizə kömək edə bilər”-deyə cənab Datfar Spantan qeyd edib.

XS
SM
MD
LG