Accessibility links

Azərbaycanda ətraf mühitin mühafizəsi müşahidə sistemi yaradılıb


Ekologiya və təbii sərvətlər nazirliyi çoxsaylı proqramlar həyata keçirir. Bu proqramlar Azərbaycan təbiətinin və ekologiyanın yaxşılaşmasına yönəlib.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun sözlərinə görə, ətraf mühitin mühafizəsi müşahidə şəbəkəsinin yaradılması uğurla həyata keçirilir. Onun sözlərinə görə, ölkə xaricində formalaşan suların analizi üçün Beyləqan və Qazax rayonlarında müasir avadanlıqlarla təchiz edilmiş laborotoriyalar yaradılıb.

Nazir həmçinin 8 iri şəhərdə 27 müşahidə məntəqəsində 18 göstərici üzrə atmosfer havasının çirklənməsinin monitorinqinin həyata keçirildiyini diqqətə çatdırıb.

Cənab Bağırovun sözlərinə görə, Xəzərlə əlaqəsi olan 338 axarda da moniorinqlər həyata keçirilir. Nazir Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində ətraf mühitə dəymiş zərərlə bağlı da danışıb.

Hesablamalara görə, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə törədilən yanğınlar zamanı 2006-cıl ildə ətraf mühitə dəyən ziyan 150 milyon manatı ötüb. Yanğınlar zamanı 63,5 min hektar otlaq sahəsi məhv edilib.

XS
SM
MD
LG