Accessibility links

Əbülfəz Elçibəyin ölümündən 8 il keçir


Bu gün Əbülfəz bəyin ölümündən səkkiz il keçir. Milli liderin silahdaşları, ideya daşıyıcıları, siyasi partiya rəhbərləri, çoxsaylı insanlar onun məzarının başına toplaşıb. Silahdaşları bu ideyaların onların mübarizə kompası olduğunu deyir və tam qalib gələcəyinə inanır. AXCP sədri Əli Kərimli hesab edir ki, Əbülfəz bəy xalqın qəlbində demokratiya carçısı kimi simvollaşıb.

"Müsavat" başqanı İsa Qəmbərin fikrincə, Məmməd Əmin Rəsulzadə və Elcibəy ideyaları Azərbaycanı dünyəvi inkişafa aparan yeganə demokratik yoldur. Bu yolu hamı getməyə məcburdur.

Elçibəyin qızı Çilənay xanım "Amerikanın səsi" radiosuna müsahibəsində atasının demokratiya, insan azadlıqları və Bütöv Azərbaycan ideyalarının həyata keçəcəyini deyib. Onun fikrincə, hazırda bu ideyalar qətlə yetirilmiş kimi görünsə də vaxt gələcək insanlar bu uca amallara çatacaq.

Elıcibəysevərlər isə onun ideyalarının işığında çox-cox uzaqlara getmək fikrindədir. Gültəkin Həsənova üçün Elçibəy fəlsəfəsi əlçatmazdır.

Ailə üzvləri və silahdaşları Elçibəyin ailəsinin dövlət qayğısından tamamilə kənarda qaldığını da dilə gətirib. AXCP sədri Əli Kərimli hesab edir ki, hökumət Elçibəyin eks-prezident statusunu tanımalı və onun ailəsi dövlət qayğısı ilə əhatə olunmalıdır.

Əbülfəz bəyin qardaşı Almurad Əliyev isə onun daha çox həqiqəti və mütaliəni sevdiyini xatırlayır. Elçibəyin ideyalarının həyata keçməsinin isə öz dediyi kimi "sadəcə zamana ehtiyacı var.

XS
SM
MD
LG