Accessibility links

Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin vəfatından 7 il keçir


Azərbaycan milli azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin vəfatından 7 il keçir. Əbülfəz bəyin ailə üzvləri, dostları, ideya daşıyıcıları, siyasi partiya rəhbərləri, ziyalılar, yüzlərlə Elçibəysevər onun qəbrini ziyarət edib. «Müsavat» partiyasının başqanı İsa Qəmbər Elçibəy ideyalarının indi də yaşadığını bildirib. O Əbülfyəz bəyin Azərbaycanın üçrəngli bayrağını yüksəklərə qaldırdığını xatırladıb. «Müsavat» başqanı Əbülfəz Elçibəyin böyük demokrat olduğunu da diqqətə çatdırır. O milli azadlıq hərəkatının liderinin 1989-cu ildə Azərbaycan paprlamentində demokratiya ilə bağlı çıxışını xoş xatirə kimi yada salır. Ailə üzvləri də onun xoş xatirələri ilə yaşayır. Elçibəyin qardaşı Almurad Əliyev onun uşaqlıqdan bacarıqlı oduğunu deyir. Çilənay Əbülfəz bəyi həm yaxşı ata, həm də böyük siyasətçi kimi çox istəyir. Çilənay xanım xatirələrini daha çox özünə saxlasa da, atasının isti nəfəsini indi də duyur. Milli azadlıq hərəkatının liderinin ziyarətində İrandan və dünyanın başaqa ölkələrindən gəlmiş onlarla insan da dayanıb. Təbrizli ziyarətçi Turan milli azadlıq carçısının ideyalarının nəhayətdə reallaşacağına inanır. Elçibəy yolu onu sevərlərin ümdə mübarizə yoludur. Bunu deyən Gültəkin Həsənova azadlıq liderini öz şərqisi ilə əzizləyir.
XS
SM
MD
LG