Accessibility links

Azərbaycan və ABŞ müdafiə sahəsində uğurlu əməkdaşlıq edir


Müdafiə nazirliyinin mətbuat katibi Eldar Sabiroğlu bu ilin yanvarında Azərbaycan Silahlı Qüvvələri sistemində baş verənlərlə bağlı mətbuat konfransı keçirib. Cənab Sabiroğlunun sözlərinə görə, yanvarda ABŞ Konqresmeni Bill Şusterin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub və müdafiə naziri ilə səmərəli danışıqlar aparılıb. Mətbuat katibi Silahlı Qüvvələrdə keçirilən hərbi təlimlərin yekunlarının yüksək olduğunu bildirib. Onun fikrincə, hərbi təlimlər bir daha sübut edib ki, Silahlı Qüvvələr düşmənin bütün həmlələrini dəf etməyə, ölkənin suverenliyini bərpa etməyə hazırdır. Cənab Sabiroğlu ötən ilin yayından başlayaraq, cəbhə xəttində atəşkəs rejiminin mütəmadi olaraq pozulduğunu xüsusi vurğulayıb. Bu ilin yanvarında isə atəşkəs əsasən cəbhənin Ağdam, Füzuli, Tərtər, Xocavənd istiqamətindən pozulub. Hər iki tərəfdən itkilər var. Mətbuat katibi atəşkəs rejiminin pozulması ilə bağlı ATƏT-ə və digər beynəlxalq təşkilatlara məlumat verildiyini deyib. "Beynəlxalq sülhyaratma əməliyyatlarında iştirak edən hərbi qulluqçuların statusu haqqında" və "Hərbi qulluqçuların inzibati həbsi haqqında" qanun layihələri Milli Məclisin komissiyalarında müzakirə edilir. Onun sözlərinə görə, sənədlər Azərbaycanın İraqda, Kosovоda və Əfqanıstanda əməliyyatlarda iştirak edən hərbçilərinin beynəlxalq praktikaya uyğun statusunun müəyyən edilməsi və NATO standartlarına uyğun olaraq hərbçilərin inzibati həbsi barədə qərarların komandirlər tərəfindən deyil. məhkəmələr tərəfindən qəbul edilməsini nizamlayacaq. Müstəqil hərbi ekspertlər də Azərbaycan-ABŞ hərbi əməkdaşlığını razılıqla qarşılayır. Zabitlər Birliyinin sədri Yaşar Cəfərlinin sözlərinə görə, hərbi əməkdaşlıq həm ikitərəfli, həm də NATO çərçivəsində aparılır. Ekspert Müdafiə nazirliyinin beynəlxalq təşkilatların atəşkəs rejiminin pozulmasına münasibət bildirməsi ilə bağlı çağırışlarını dəstəkləmir. Onun fikrincə, cəbhədə atəşkəsin pozulması adi haldır. Cənab Cəfərli eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazda ən güclü olması fikri ilə razılaşır. Onun fikrincə, ordunun gücü iqtisadiyyata bağlıdır.
XS
SM
MD
LG