Accessibility links

Azərbaycanın iqtidar partiyası prezident seçkilərinə hazırlaşır


YAP sədrinin müavini Əli Əhmədov 2008-ci ildə partiyanın növbəti qurultayının keçiriləcəyini bildirib. O iqtidar partiyasının seçkilərdə hazırki prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəyini deyib. Cənab Əhmədovun sözlərinə görə, iqtidarı dəstəkləyənlər iqtidar partiyasında cəmləşib. Sədr müavini son dövrlər yeni iqtidar partiyasının yaradılması ilə bağlı deyilənləri əsassız adlanıdırb. O, eyni zamanda iqtidar partiyasının seçkilərdə özünə ən güclü müxalifət hansı qüvvəni görməsi ilə bağlı sualdan yayınıb, müxalifətin zəif və paçalanmış olduğunu vurğulayıb.
XS
SM
MD
LG