Accessibility links

Azərbaycanda jurnalist və sabiq nazir həbsxanada saxlanma şəraitindən şikayətlidir


Sabiq səhiyyə naziri Əli İnsanov Ədliyyə nazirliyinin Penitensiar Xidmətini məhkəməyə verib. Sabiq nazir eyni zamanda saxlanma şəratiinin pis olması ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin və ATƏT-in Bakı ofisinin rəhbərlərinə müraciət edib. Vəkil Toğrul Babayev «Amerikanın səsi» radiosuna bildirib ki, cənab İnsanovun saxlandığı kameraya mayın 7-dən 9-dək mənşəyi bəlli olmayan tüstü buraxılib. Onun sözlərinə görə, sabiq nazirin saxlanma şəraiti də normal deyil. Vəkil cənab İnsanovun 1 saylı Bayıl təcridxanasına köçürüldükdən sonra dəfələrlə müraciətlərinə baxmayaraq tibbi müayinə və müalicə olunması üçün şərait yaradılmadığını bildirib. Sabiq nazir Penitensianar xidməti onun müalicə almaq hüququnu pozduğuna görə məhkəməyə verib. Jurnalist Eynulla Fətullayev də saxlanma şəraitindən şikayətlidir. Vəkil İsaxan Aşurovun sözlərinə görə, «Gündəlik Azərbaycan» qəzetinin redaktoru rütubətli və çox adamlıq kamerada saxlanılır. O həmçinin cənab Fətullayevə vəkili vasitəsilə belə müxalifət qəzetlərinin buraxılmadığını deyib. İşgəncələrə qarşı mübarizə komitəsinin sədri Elçin Behbudov Eynulla Fətullayev və Əli İnsanovla görüşdüyünü, onların etirazlını 1 saylı təcridxananın rəhbərliyinə çatdırdığını bildirib. Cənab Behbudov Əli İnsanova müalicə olunması üçün şərait yaradılmadığını da deyib. Ədliyyə nazirliyinitn Pentensianar xidmətindən isə deyilənlərə cavab almaq mümkün olmayıb. Xidmətin məhbusların sosial müdafiəsi şöbəsinin əməkdaşı mayor Quliyev bu barədə hər hansı məlumatıa malik olmadığını deməklə kifayətlənib.
XS
SM
MD
LG