Accessibility links

Azərbaycanda «Əl-Qaidə» ilə əlaqəsi olan ekstremist qrup zərərsizləşdirilib


Milli Təhlükəsizlik Nazirliyi noyabrın 2-3-də ərəb mənşəli, "Əl-Qaidə" və "Əl-Cihad" kimi terrorçu təşkilatlarla əlaqədə olan "Əl-Cəfər" ləqəbli şəxsin rəhbərlik etdiyi dini eksiremist qrupunun saxlanması üzrə xüsusi əməliyyat keçirib. Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına əsasən, qrup "Əbu-Cəfər" tərəfindən əvvəllər qanunsuz hərbi birləşmələrin tərkibində fəal iştirak etmiş şəxslərdən və radikallığa meylli vəhhabilərdən təşkil edilib. «Sentyabrın 26-da qrupun üzvlərinə qarşı birinci əməliyyat zamanı onlardan biri, Qusar rayon sakini Telman Abdullayev silahlı müqavimət göstərib və iki polis əməkdaşını yaralayararaq hadisə yerindən qaçmağa müvəffəq olub. Sonra hüquq mühafizə orqanları qrupun digər üzvlərini: Vidadi Kərimovu, Adil Gərəyxanovu, Vitali Ağaməmmədovu, Asəf Xəzərovu və Daniyal Abuyevi həbs edib. Müəyyən olunub ki, "Əbu-Cəfər" özü Sumqayıt şəhərində Rəfael Rəhimovun mənzilində gizlənir. Oktyabrın 10-da keçirilmiş əməliyyat zamanı qrupun üzvü, Sumqayıt şəhər sakini Elçin Əlimirzəyev tutulub, amma "Əbu-Cəfər" hadisə yerindən qaça bilib. Nəhayət, noyabrın 3-də gecə xüsusi əməliyyat nəticəsində "Əbu-Cəfər" və qrupun 7 nəfər üzvü saxlanılıb. Bu zaman "Əbu-Cəfər" silahlı müqavimət göstərib, qumbaranın alışdırıcısının həlqəsini çıxardaraq onu partladacağı ilə hədələyib, lakin o, zərərsizləşdirilib. Qrup üzvlərindən Kalaşnikov avtomatı, 3 tapança, 12 qumbara, 1 kq-dan artıq trofil şaşkası, 4 metr "Biqford" şnuru, 91 detonator, 600-ə yaxın avtomat gülləsi və çox sayda başqa döyüş sursatı müsadirə edilib. Fakt üzrə MTN-nin Baş İstintaq İdarəsi Cinayət Məcəlləsinin qanunvericiliklə nəzərdə tutulmayan silahlı qrup, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə maddələri ilə cinayət işi başlayıb.
XS
SM
MD
LG