Accessibility links

Azərbaycanda daha bir jurnalist saxlanıb


Dünən Naxçıvanda «Azadlıq» radiosunun müxbirinin həbsindən sonra bu gün yeni bir jurnalist «Bizm yol» qəzeti ilə əməkdaşlıq etmiş Elman Abbasov saxlanıb. Dünən gecə həm də Naxçıvanda Demokratiya və İnsan Haqları üzrə «Resurs Mərkəzi»nin ofisi dağıdığlıb. Ofisdəki komputerlər və sənədlər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən götürülüb. Bu gün səhər isə «Resurs Mərkəzi»nin rəhbəri, həbs edilən «Azadlıq» radiosunun müxbirinin həyat yoldaşı Məlahət Nəsibova və «Azadlıq» qəzetinin bölgə müxbiri Məhəmməd Rzayev Naxçıvan Daxili İşlər nazirliyinə aparılıb, bir saat saxlandıqdan sonra azad buraxılıb. Xanım Nəsibova «Amerikanın səsi» radiosuna həyat yoldaşının harada saxlanmasından da xəbərsiz olduğunu deyib. Elman Abbasovun həyat yüoldaşı isə «Amerikanın səsi» radiosuna jurnalistin evində Naxçıvan Milli Təhlükəsizlik nazirliyinin 7 əməkdaşının axtarış apardığını bildirib. Onun sözlərinə görə, ailə üzvlərini axtarış zamanı evə buraxmayıblar və telefonun yanına plastmass bir əşya qoyub sonra evdən tapdıqlarını bildiriblər. Elman Abbasov barsəində həbs qəiti imkan tədibiri seçilərsə bu Azərbaycanda həbs edilən 11-ci müxbir olacaq. Bu gün Mərkəzi Qərargahı Nyu-Yorkda yerləşən Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda jurnalistin həbsini pisləyib. «Azərbaycan müstəqil jurnalistlərin görünməmiş təqibi ilə Avropa və Asiyada aparıcı zülmkar kimi biabırçı rekorda çatıb»-deyə təşkilatın bəyanatında qeyd edilir. Komitənin icraçı direktoru Coel Saymon deyib: «Biz Naxçıvan hakimiyyətini İlqar Nəsibovu dərhal azad etməyə, qanunsuz müsadirə olunmuş kompüterləri onun həyat yoldaşı Məlahət Nəsibovaya qaytarmağa və hər iki jurnalistin təqibinə son qoymağa çağırırıq». ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Conatan Henik isə «Amerikanın səsi» radiosuna jurnalitlərin həbsinin Amerkanı çox narahat etdiyini deyib. O Demokratiya və İnsan Haqları üzrə «Resurs Mərkəzi»nin dağıdılmasını, komputer və sənədlərin götürülməsinin isə nə ilə bağlı olduğunu başa düşə bilmir. Cənab Conatan həmçinin gələn həftə səfirliyinin əməkdaşının Naxçıvana gedəcəyini də istisna etməyib. Söz azadlığının müdafiəsi üçün yerli ictimai və siyasi təşkialatlar da ciddi işlər aparır. Belə ki, sabah «Söz Azadlığının Müdafiəsi» İctimai Komitəsi mitinq keçirməli idi. Ancaq Bakı meriyası komitənin mitinq keçirməsi üçün elə yer təklif edib ki, komitə şəhərdən kənarda yerləşən həmin ərazini axtarıb tapmağın belə insanın fiziki gücü xaricində olduğunu bəyan edib. Qurum dekabrın 22-də mitinq keçirmək üçün bu gün yenidən Bakı meriyasına müraciət edib. Bununla yanaşı, toplantıda Azərbaycan hakimiyyəti imkan vermədiyi təqdirdə mitinqin Ukrayna, Gürcüstan və ya Avropa Birliyinin mərkəzi ofisi qarşısında keçirilməsi təklifləri də səslənib. Müxalifətdə olan siyasi partiyalar növbəti jurnalist həbsinini heç bir normaya və çərçivəyə sığmayan hadisə kimi qiymətləndirir, həbsdə olan bütün jurnalistlərin dərhal azadlığa buraxılmasını tələb edir. «Biz beyənqlxalq qurumları və Azərbaycanda demokratiyanın inkişafını görmək istəyən dünya dövlətlərini ölkədə baş verən prosesləri olduğu kimi dəyərləndirməyi və adekvat addımlar atmağa çağırırıq»-deyə Müsavat partiyasının bəyanatında qeyd edilir. Rəsmi hakimiyyət isə Azərbaycanda jurnalistlərin yazısına görə həbs edilmədyini bildirir. Bu gün parlamentin plenar iclasında Milli Məclisin sədri Oqtay Əsədov ölkədə söz və mətbuat azadlığının tam təmin edildiyini deyib. Öz növbəsində, deputat Pənah Hüseyn söz və mətbuat azadlığı sahəsindəki son vəziyyətlə bağlı depuatların narahatlıtğını dövlət başçısına çatdırmasını Milli Məclisin sədrindən xahiş edib. Naxçıvandan seçilmiş deputat İsa Həbibbəyli Naxçıvanda jurnalistlərə qarşı təzyiq olmadığını bildirib. Deputat jurnalistlərin etdikləri cinayət görə cəzalandırdığını desə də, onların nədə suçlu olduğunu açıqlamayıb. Reportyorların Azadlığı və Təhlükəsizliyi institunun direktoru Emin Hyüseynli həbs olunmuş jurnalistlərin işgəncəyə məruz qalacağından narahatdır və bu məqsədlə Qırmızı Xaç Komitəsinə müraciət edib. O eyni zamanda hüquq-müdafiəçilərinin və jurnalistlərin Naxçıvana gedib vəziyyəti öyrənməsini vacib sayır.
XS
SM
MD
LG