Accessibility links

Azərbaycanın xarici işlər naziri Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıb


Qarabağ nizamlanması üzrə danışıqlarda növbəti fəaliyyət ATƏT-in Minsk qrupu həmsədrlərinin Yerevandan Azərbaycan tərəfinə hansı cavabı təqdim edəcəklərindən asılı olacaq. Bu fikri bu gün jurnalistlərlə söhbətdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupu həmsədrləri Metyu Brayza (ABŞ), Yuri Merzlyakov (Rusiya) və Bernar Fasyenin (Fransa) regiona keçən həftəki səfərini şərh edərkən səsləndirib. Məmmədyarovun sözlərinə görə, Bakıda həmsədrlərdən Ermənistan tərəfin cavabını gözləyirlər. Brayzanın Bakı və Yerevan arasında Ermənistanda prezident seçkilərinə qədər çərçivə sazişinə nail olunması imkanları haqqında nikbin bəyanatı ilə əlaqədar Məmmədyarov Amerika diplomatının "ümumilikdə" razılaşmaların əldə olunması imkanlarını nəzərdə tutduğu fikrini bildirib. Bu səfər zamanı həmsədrlərin qeyri-adi Yerevan-Bakı-Yerevan marşrutu ilə bağlı Məmmədyarov bildirib ki, vasitəçilər "get-gəl diplomatiyası" metodundan tərəflərin mövqelərinin uzlaşdırılması üçün istifadə etməyi qərara alıblar. Bununla yanaşı, nazir qeyd edib ki, növbəti dəfə vasitəçilər regiona səfəri Bakıdan başlayacaqlar. Məmmədyarov həmsədrlərin hər-hansı yeni təkliflərinin olması barədə suala mənfi cavab verib. Nazirin qeyd etdiyinə görə, vasitəçilər hazırda razılaşdırılmamış qalan prinsiplərlə bağlı güzəştlərə nail olunmasını təmin etməyə çalışırlar. Məmmədyarov hesab edir ki, noyabrda həmsədrlər yenidən regiona gələ və ya Avropa paytaxtlarından birində xarici işlər nazirləri ilə görüşə bilərlər. İki ölkənin xarici siyasət idarələri rəhbərlərinin növbəti görüşünə gəldikdə isə, Məmmədyarov qeyd edib ki, əgər bu görüşə ehtiyac olarsa, Azərbaycan tərəfi buna hazırdır. Məmmədyarov münaqişənin Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verilməsi ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyi haqqında Bakının mövqeyinin dəyişməzliyini bir daha təsdiq edib.- Azərbaycan tərəfi ATƏT-in Minsk qrupu həmsədrlərindən Yerevanda keçirdikləri müzakirələrlə bağlı məlumat gözləyir. Xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 29-da jurnalistlərə bildirib ki, vasitəçilərin cavabından asılı olaraq, Qarabağ danışıqlarının növbəti raundları barədə fikir yürütmək mümkün olacaq. Həmsədrlər ötən həftə Yerevan və Bakıda danışıqlar apardıqdan sonra yenidən Yerevana qayıdıblar. Məmmədyarov deyir ki, vasitəçilər «get-gəl diplomatiyası» ilə fəaliyyət göstərirlər və onların Yerevanda əldə edəcəkləri nəticələrdən də prosesin irəli gedib-getməyəcəyi asılıdır. Bakının mövqeyi budur ki, danışıqlar davam etməlidir. «Biz Bakıda həmsədrlərlə geniş müzakirə apardıq. Yeni təkliflər yox idi. Hamımıza məlum olan əsas prinsiplər üzərində söhbət gedir. Həmin məsələlər müzakirə olunur. Bəzi prinsiplər razılaşdırılıb, açıq qalan məsələlərlə bağlı isə həmsədrlər düşünürlər ki, tərəflər arasında dil tapa bilərlər. Tapacaqlar, yoxsa tapmayacaqlar, bu danışıqlardan asılıdır. Əgər hansısa məsələ çıxsa və görüşə ehtiyac yaransa, nazirlər görüşə bilər» XİN başçısı onu da deyib ki, prezidentlər arasında görüşdən hazırda söhbət getmir. Xəbəri Turan Agentliyi yayıb.
XS
SM
MD
LG