Accessibility links

Azərbaycan jurnalistləri Tbilisidə jurnalist Elmar Hüseynovun qətlində ittiham edilən şəxslə görüşüb


"Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində ittiham edilən Gürcüstan vətəndaşı Teymuraz Əliyev Tbilisidə yaşayır. Bu barədə «Monitor» jurnalının əməkdaşı olmuş Eynula Fətullayev bu gün keçirdiyi mətbuat konfransında bildirib. Elmar Hüseynov 2005-ci il martın 2-də evinin kandarında odlu silahla qətlə yetirilib. Azərbaycanın hüquq-mühafizə orqanları jurnalistin Gürcüstan vətəndaşları Tahir Xubanov, Teymuraz Əliyev və digərləri tərəfindən qətlə yetirlidiyini bildirib. Milli Təhlükəsizlik nazirliyi və Baş Prokurorluq hər iki şəxs barəsində İnterpol vasitəsilə axtarış elan edildiyini bəyan edib. Hüquq-mühafizə orqaları yalnız Tahir Xubanovla Teymuraz Əliyev həbs edildikdən sonra qəsdin sifarişçilərinin məlum olacağını bildirir. Bu günlərdə isə DİN yüksək vəzifəli zabiti olmuş Hacı Məmmədov məhkəmədə «Monitor»un baş redaktorunun qətlini sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin sifarişi ilə onun dəstəsinin həyata keçirdiyini bildirib. Bununla yanaşı, istintaq orqanları Elmar Hüseynovun qətli ilə bağlı Hacı Məmmədovun ifadəsinin istintaq tərəfindən təsdiqini tapıb-tapmaması baradə hər hansı açıqlama verməyib. Noyabrın ilk gunlərində Tbilisidə ATƏT-in konfransında iştiak edən Azərbaycan jurnalistləri Elmar Hüseynovun qətlində ittiham olunan Teymuraz Əliyevlə görüşüb. Jurnalistlər onun şəklini çəkməyə də müvəffəq olub. Görüşdə iştirak edən Eynulla Fətullayev cənab Əliyevin Tbilisidə sərbəst yaşadığını və silahlı olduğunu bildirib. Cənab Fətullayevin sözlərinə görə, Teymuraz Əliyev jurnalistlərlə aqvessiv davranıb və «Monitor»un baş redaktorunun qatilini Bakıda axtarmağı məsləhət görüb. Görüşün digər iştirakçısı «Zerkalo» qəzetinin əməkdaşı Kənan Quluzadə Teymurz Əliyevin Gürcüstan Prokurorluğuna ifadə verdiyini deyib. Onun sözlərinə görə, cənab Əliyev özünün günahsız olduğunu iddia edib. Maraqlı məqamlarldan biri də, Elmar Hüseynovun qətlində şübhəli güman edilən kriminal aləmdə avtoriet kimi tanınan Seko ləqəbli şəxsin adının çəkilməsidir. Eynullah Fətullayev jurnalistlərin bu şəxslə də maraqlandığını bildirib. Jurnalistlər hələ də Elmar Hüseynovun qətlinin istintaqını aparan qrup tərəfindən dinldirilmədiyini bildirib. Milli Təhlükəsizlik nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Arif Babayev «Amerikanın səsi» radiosuna bildirib ki, jurnalistlərin dedikləri istintaq üçün təzə xəbərdir. «Bu istiqamətdə dəqiq yoxlamalar və müvafiq iş aparılır"-deyə o qeyd edib. Yeri gəlmişkən, digər bir məsələ ilə bağlı, ölkənin ən çoxtirajlı qəzetləri «Realnıy Azərbaycan» və «Gündəlik Azərbaycan»ın bağlanma səbəblərinə də nəşrlərin təsisçisi Eynulla Fətullayev aydınlıq gətirib. Onun fikrincə, qəzetlərin bağlanması 2008-ci il prezident seçkiləri ilə bağlıdır.
XS
SM
MD
LG